Bugun.tv xəbər verir ki, “Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyi (ƏQC.İB) paytaxtda növbəti təlimini gerçəkləşdirib.
Birliyin sədri Məhluqə Rəhimova çıxış edərək, layihə ilə bağlı tədbir iştirakçılarına məlumat verib. O, bildirib ki, təlim qadınlara qarşı zorakılığa son qoymaq üçün BMT-nin Etimad Fondunun (UN Trust Fund) maliyyə dəstəyi ilə həyata keçirilir.
Layihə “Bakı, Gəncə şəhərləri, Qusar, Quba, Xaçmaz rayonlarında əlilliyi olan qadın və qızların ictimai xidmətlərə çıxışının təkmilləşdirilməsi” çərçivəsində ictimai xidmətlər göstərən dövlət qurumlarının iştirakı ilə yaradılan Kordinasiya Şurasının üzvləri üçün təşkil olunub.
“Təlimin keçirilməsində məqsəd əlilliyi olan qadın və qızlara dövlət, vətəndaş cəmiyyəti və özəl təşkilatlar tərəfindən münasibətin yaxşılaşdırılması, onlara qarşı olan zorakılıq hallarının qarşısının alınması, onlar üçün icitmai xidmətlərin keyfiyyətinin və müyəssərliyinin təmin edilməsidir”.
Sonra Etika Akademiyasının rəhbəri Günel İbrahim təlim keçib. O, sosial, səhiyyə, ədliyyə, məşğulluq, təhsil, hüquq-mühafizə sahələrində fəaliyyət göstərən qurumların əməkdaşları üçün müxtəif növ əlilliyi və kommunikaisya çətinlikləri olan qadın və qızlarla peşəkar etik ünsiyyət və onlara xidmət göstərməyə dair kommunikativ bilik və bacarıqlar sahələrindən danışıb.
Təlim mövzüsunun əsas istiqamətləri isə, birgə yaşamaq mədəniyyəti, etik davranıış qaydaları, fiziki məhdudiyyətli qadınlarla davranış etikası, cəmiyyətdə öhdəliklərimiz, ictimaiyyətin vəzifəsi olub.
Bundan başqa peşəkar təlimçi, beyin alimlərinin ixtiraları əsasında davranış kodları, emosional zəka meyyarları, xüsusi bədən dilindən söz açıb. İş mühitində qeyri-verbal göndərmələr xəritəsi, nitq formulaları, xarizmatik nitq, mütəxəssis və notivasiya nitqi, narazılıqları sürətli dəf etmə texnikası, neyroestetika – beyin məşqləri, stresədavamlılıqla bağlı ətraflı və izahlı məlumat verib.
Qeyd edək ki, sözügedən layihə Bakı, Gəncə şəhərləri və Quba, Qusar, Xaçmaz rayonlarını əhatə edir və 36 ay müddətində başa çatacaq.
Müxbir: Qaytən Qasımzadə