Sosial

Azərbaycanda ilk dəfə Milli Koxlear İmplant Forumu keçirilib

Bugun.tv-yə daxil olan məlumata görə, Azərbaycanda ilk dəfə Milli Koxlear İmplant Forumu keçirilib.

Bu barədə Milli Məclisin deputatı Ceyhun Məmmədov öz sosial media hesabında məlumat verib.

Deputat bildirib ki, forum Koxlear İmplantlı Şəxslərə Sosial Yardım İctimai Birliyinin təşkilatçılığı ilə baş tutub və tədbirdə eşitmə məhdudiyyətli şəxslərin cəmiyyətə inteqrasiyası ilə bağlı məsələlər müzakirə olunub.

Onun sözlərinə görə, bu cür təşəbbüslər eşitmə məhdudiyyətli insanların sosial həyata daha fəal qoşulmasına, onların cəmiyyətə inteqrasiyasına və gələcəyə inamlarının güclənməsinə mühüm töhfə verir.

Deputat çıxışında qeyd edib ki, ölkədə sağlamlıq imkanları məhdud şəxslərin sosial müdafiəsi, reabilitasiyası və təhsilə bərabər çıxışı istiqamətində mühüm addımlar atılır. O vurğulayıb ki, bu siyasət İlham Əliyev və Mehriban Əliyevanın rəhbərliyi ilə həyata keçirilir.

Ceyhun Məmmədov əlavə edib ki, koxlear implant proqramlarının inkişafı və bu texnologiyadan istifadə imkanlarının genişləndirilməsi yüzlərlə uşağın və gəncin normal həyata qayıtmasına şərait yaradır. Onun sözlərinə görə, bu sahədə fəaliyyət göstərən ictimai birliklərin təşəbbüsləri dövlət səviyyəsində həyata keçirilən tədbirlərə mühüm dəstək verir.

Deputat forumun gələcək əməkdaşlıqların formalaşmasına, yeni layihələrin həyata keçirilməsinə və eşitmə məhdudiyyətli şəxslərin həyat keyfiyyətinin artırılmasına mühüm töhfə verəcəyinə inandığını bildirib.

Aynur Camal

Oxşar xəbərlər

Alimlər xoşbəxtliyin əsas amillərindən birinin səmimi ünsiyyət qurmaq olduğunu bildirirlər

Aynur Camal

Cəlilabad meşələrində qanunsuz ağac kəsilməsi iddiası FOTO/ VİDEO

Bugün TV

29 oktyabr Beynəlxalq Qayğı və Dəstək Günüdür: ev işləri niyə görünməyən əmək sayılır?

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu