16 C
Baku
16 Noyabr 2025, 2:28
DünyaSiyasət

Əlixan Smailov yenidən baş nazir təyin olundu

Qazaxıstan prezidenti Qasım-Comərd Tokayev Əlixan Smailovu yenidən ölkənin baş naziri təyin edib.

Bugun.tv xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat xidməti bildirib.

Qeyd edək ki, Smailov 2022-ci ilin yanvarından ölkə hökumətinə rəhbərlik edir.

Bundan əvvəl Milli Məclisin deputatları Smailovun baş nazir postuna namizədliyinin təsdiqinin lehinə səs veriblər.

Xatırladaq ki, 50 yaşlı Əlixan Smailov 2019-cu ilin fevralından hökumət başçısının birinci müavini, 2020-ci ilin may ayından Qazaxıstan baş nazirinin birinci müavini vəzifəsində çalışıb. Karyerası ərzində o, maliyyə naziri və prezidentin köməkçisi olub.

Mənbə:TASS

Bugün TV

Oxşar xəbərlər

Cənubi Osetiya Rusiyaya birləşmək üçün referendum keçirməyi planlaşdırır

Bugün TV

BMT-dən Qəzza qiymətləndirməsi: Bütün əhalinin əsas ehtiyacları üçün yardıma ehtiyacı var

Aynur Camal

Yavaş maddələr mübadiləsinin 7 əlaməti və onu necə sürətləndirmək olar?

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu