25 C
Baku
10 Sentyabr 2026, 20:45
DünyaSiyasət

Əlixan Smailov yenidən baş nazir təyin olundu

Qazaxıstan prezidenti Qasım-Comərd Tokayev Əlixan Smailovu yenidən ölkənin baş naziri təyin edib.

Bugun.tv xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat xidməti bildirib.

Qeyd edək ki, Smailov 2022-ci ilin yanvarından ölkə hökumətinə rəhbərlik edir.

Bundan əvvəl Milli Məclisin deputatları Smailovun baş nazir postuna namizədliyinin təsdiqinin lehinə səs veriblər.

Xatırladaq ki, 50 yaşlı Əlixan Smailov 2019-cu ilin fevralından hökumət başçısının birinci müavini, 2020-ci ilin may ayından Qazaxıstan baş nazirinin birinci müavini vəzifəsində çalışıb. Karyerası ərzində o, maliyyə naziri və prezidentin köməkçisi olub.

Mənbə:TASS

Bugün TV

Oxşar xəbərlər

Hücumlardan saatlar sonra evləri dağılan ukraynalı cütlük evləndi

Aynur Camal

Əlcəzair BƏƏ ilə diplomatik münasibətləri dayandırdı

Aynur Camal

NATO: Avropa öz müdafiəsinə daha çox vəsait ayırmalıdır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu