24 C
Baku
15 Sentyabr 2026, 22:15
Baş xəbərDünya

Ərəb Liqası İsrailin Fələstinə hücumlarını dayandırmağa çağırıb

Bugun.tv xəbər verir ki, Ərəb Liqası İsrailin Fələstinə hücumlarına son qoymağa və beynəlxalq ictimaiyyəti təcili tədbirlər görməyə çağırıb.

Ərəb Liqası Şurası Misirin paytaxtı Qahirədəki qərargahında daimi nümayəndələr səviyyəsində fövqəladə iclas keçirərək İsrailin işğal altındakı İordan çayının qərb sahilinin Cenin şəhərinə hücumlarını müzakirə edib.

İclasın yekun bəyanatında ərəb ölkələrinin dərhal hərəkətə keçməsi və mövzu ilə bağlı Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurası, üzvləri və digər beynəlxalq tərəflərlə əlaqə saxlaması və yüksək səviyyəli ortaq mesajlar verməsi tələb edilib.

İsrailin Fələstin xalqına qarşı hücumlarını dayandırması, fələstinlilərə beynəlxalq müdafiə təmin etməsi və bu məsələ ilə bağlı beynəlxalq qətnamələrin yerinə yetirilməsini tələb edən bəyannamədə BMT Baş Assambleyasından İsrailin təcavüzünün dayandırılması üçün yığıncaq keçirilməsi tələb olunacaq.

Mənbə:TRT Haber

 

Bugün TV

Oxşar xəbərlər

SUNLAB 10 illik peşəkarlıq və etimad yolunu qeyd edir

Aynur Camal

Polşa Rusiya dronlarına görə havada keçirdiyi hərbi əməliyyatı dayandırdı

Aynur Camal

100 yaşdan yuxarı insanların sayı ilk dəfə 100 mini keçdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu