14 C
Baku
28 Mart 2024, 17:55
DünyaSiyasət

Ərdoğan: “Hər iki tərəflə apardığımız danışıqların sonunda sazişin müddətinin uzadılmasına nail olduq”

Prezident Rəcəb Tayyib Ərdoğan Çanaqqalada bərpa olunan Seddülbahir qalası və Gelibolu-Eceabat Dövlət Magistralının açılış mərasimində çıxış edib.

O, tədbirdə martın 19-da başa çatacaq Taxıl dəhlizi sazişinin müddətinin uzadıldığını açıqlayıb.

Ədoğan müqavilənin ərzaq təminatının dayanıqlılığı baxımından əhəmiyyətinə diqqət çəkib. Həmçinin, bu günə kimi 800-dən çox gəmi ilə 25 milyon ton taxılın daşındığını bildirib.

“Fəlakətlərdə həyatını itirən vətəndaşlarımıza Allahdan rəhmət diləyirəm. Bir tərəfdən dağıntıları təmizləyirik, digər tərəfdən daimi yaşayış yerlərinin tikintisinə başlayırıq. Bir il ərzində biz şəhərlərimizi dirçəldəcəyik və zəlzələdən zərərçəkənlərimizi öz evlərinə qaytaracağıq”,- o qeyd edib.

Mənbə:NTV

 

Nigar Məmmədova

Oxşar xəbərlər

Süd zavodunda güclü partlayış

Nigar Məmmədova

İ.Əliyev: “Qarabağda qanunsuz erməni birləşmələri və cinayətkarlar qalır”

Nigar Məmmədova

Avstraliya yas içindədir

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu