19 C
Baku
8 Sentyabr 2024, 4:11
DünyaSiyasət

Ərdoğan: “Türkiyə heç bir silahlı münaqişədə tərəf tutmayacaq”

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan yerli mətbuata müsahibəsində deyib ki, Türkiyə heç bir silahlı münaqişədə tərəf tutmayacaq.

“Mən millətə müraciət etmək istəyirəm. Türkiyə hərbi münaqişələrdə asanlıqla tərəf tutmayacaq. Biz hər zaman sülhün tərəfdarı olacağıq, onu müdafiə edəcəyik, qlobal sülhü gücləndirəcək addımlar atacağıq. Əslində, Rusiya-Ukrayna münaqişəsində bizim məqsədimiz budur”.

Bugun.tv xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Twitter səhifəsində yayımlanan müsahibəsində bildirib.

O, qeyd edib ki, Türkiyə hazırda ehtiyac duyduğu bütün silahları istehsal edir. Əgər  hərbi münaqişə olarsa, öz təchizatına tam arxalana bilər.

“Mən təkcə təyyarə və tanklardan danışmıram, bura silah da daxildir. Türkiyə indi hər cür döyüş sursatı istehsal edir. Amma keçmişdə onu almaq üçün hər qapını döyməli olurduq. Müharibə baş verərsə, biz heç kimdən asılı qalmayacağıq”, – prezident bildirib.

Türkiyə Ukraynadakı münaqişə ilə bağlı neytral qalmağa çalışır. Buna görə də vəziyyətin sülh yolu ilə həll  olunması üçün Moskva ilə Kiyev arasında vasitəçilik edir. Bundan əlavə, Ankara indiyədək Aİ və ABŞ-ın Rusiyaya qarşı tətbiq etdiyi genişmiqyaslı sanksiyalara qoşulmayıb.

Türkiyə rəhbərliyi daha əvvəl bəyan etmişdi ki, sanksiyalarla bağlı qərar BMT Təhlükəsizlik Şurasından gələrsə, məhdudlaşdırıcı tədbirlərə qoşulmağı nəzərdən keçirə bilər.

Mənbə:TASS

Nigar Məmmədova

Oxşar xəbərlər

Futbol meydançasına ildırım düşüb, 1 nəfər ölüb

Aynur Camal

ABŞ Yaponiyaya zəlzələlərin fəsadlarının aradan qaldırılmasına yardım göstərir

İntizar Əmirova

Qarajda partlayış: Ölən və yaralananlar var

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu