DünyaSiyasət

Ərdoğan: “Türkiyə Putin və Zelenski arasında danışıqlar üçün vasitəçi olacaq”

“Türkiyə Vladimir Putin və ukraynalı həmkarı Volodimir Zelenski arasında danışıqların təşkili üçün səylərini davam etdirəcək”.

Bugun.tv xəbər verir ki, bunu  prezident Rəcəb Tayyib Ərdoğan Ankarada Türk Dövlətləri Təşkilatının fövqəladə Zirvə toplantısı zamanı bildirib.

“Bizim vasitəçiliyimizlə mümkün olan taxıl və əsirlərin mübadiləsi ilə bağlı sövdələşmə göstərdi ki, Ukrayna münaqişəsinin tərəfləri ümumi dil tapmağa qadirdir. Türkiyə Ukraynada ədalətli sülhün tərəfdarıdır. Mən Vladimir Putin və  Volodimir Zelenski ilə daimi əlaqədə olmaqda davam edirəm. Onlar arasında danışıqların təşkili üçün səylərimi göstərəcəm”, – Ərdoğan bildirib.

Ankara dəfələrlə Rusiya və Ukrayna arasında danışıqlarda vasitəçi olmaq fikrini səsləndirib. Hər iki ölkənin nümayəndə heyətləri arasında məsləhətləşmələr də elə Türkiyədə baş tutub.

Bugün TV

Oxşar xəbərlər

Qətər xəbərdarlıq etdi: İranın yeni hücumları regionda gərginliyi daha da artıra bilər

Aynur Camal

Zelenski: Rusiya hava məkanı “tamamilə təhlükəli” vəziyyətə gəlir

Aynur Camal

İsrail polis komissarı: Dünya İsraili “quldur və cinayətkar dövlət” kimi görür

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu