10 C
Baku
16 Aprel 2025, 17:34
Baş xəbərTexnologiya

Əşyaların interneti texnologiyası sürətli inkişaf mərhələsindədir

Texnologiyanın daimi inkişafı insanların internetdən asılılığını daha da artırır. Artıq bu inkişaf o səviyyəyə çatıb ki, cansız əşyaların da internetə çıxışı təmin edilib. Əşyaların internet texnologiyası nədir? Bu texnologiya hansı istiqamətlərdə öz töhvəsini verə bilər?

Bugun.tv xəbər verir ki, əşyaların interneti texnologiyası ağıllı cihazların, maşınların, məişət cizahlarının və əşyaların bir-biriləri ilə əlaqədə olmasıdır. Bu günlərdə bu texnologiya kiçik ev əşyalarından böyük şəhərlərə qədər uzanır. Daha səmərəli işləmək, daha yaxşı xidmət göstərmək, qərar verməni inkişaf etdirmək və işin keyfiyyətini artırmaq üçün bu texnologiyadan istifadə olunur.

İKT Lab Tətbiq və Tədris Mərkəzinin sektor müdiri Ayaz Kərimov müsahibəsində bu texnologiyanın üstünlüklərindən danışıb. “Məsəlçün, biz hər hansı smart saatdan istifadə ediriksə, o bizim addımlarımızı, ürək döyüntülərimizi yoxlayır internet vasitəsilə bunu bizim emailimizə göndərir. Bu əşyaların internetinin bir növ qısaca izahıdır ki, bir növ əşyaların interneti ilə biz hansısa məlumatları götürə bilirik. Əşyaların interneti ilə çox vaxt ağıllı şəhəri qarışdırırlar. Əslində ağıllı şəhəri, biz,  sadəcə bir sahə kimi görə bilərik. Əşyaların interneti isə bir texnologiyadır. Hansı ki, ağıllı şəhərlərdə də istifadə olunur”.

Bu texnologiyanın tətbiqi, əsasən sənaye, tibb və səhiyyə, kənd təsərrüfatı, ətraf mühitin qorunması istiqamətində də inkişaf etdirilir.

Ayaz Kərimovun sözlərinə görə, əşyaların interneti labarotoriyası ilk dəfə bu mərkəzdə qurulub. “2018-ci ilə Microsoft Azərbaycanla memorandum imzalandı. 2019-cu il mayın 1-də biz mərkəzimizdə labarotoriyanı qurduq. Yay ayında isə bir təcrübə proqramı keçirdik. Bu proqrama 350 nəfər tələbə müraciət etdi. Yekunda isə seçdiyimiz 5 universitetdən 18 tələbə ilə bir sıra layihələr gerçəkləşdirdik”.

Müsahibimiz sonda onu da əlavə etdi ki, bu texnologiyanın tətbiqində təhlükəsizlik məsələlərini diqqətdə saxlamaq mütləqdir.

Mənbə: ATV

Teymur Əziz

Oxşar xəbərlər

İran prezidenti Rəisinin olduğu helikopter qəzaya uğrayıb

Aynur Camal

Fabrikdə partlayış: 1 nəfər öldü, 4 nəfər yaralandı

Aynur Camal

Yaponiyada zəlzələdə ölənlərin sayı 161-ə çatdı

İntizar Əmirova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu