Baş xəbərSosial

“Azərişıq” əməkdaşları 24 saat fəaliyyətdədir

Bugun.tv xəbər verir ki, bayram günləri qeyri-iş günü olsa da, kommunal xidmət əməkdaşları gücləndirilmiş rejimdə çalışırlar.
“Azərişıq” ASC–nin mətbuat xidmətinin rəhbəri Vaqif Aydınoğlunun sözlərinə görə, Novruz bayramı ilə əlaqədar olaraq, xüsusi gücləndirilmiş iş rejiminə keçiblər.

“Əməkdaşlarımız növbətçilik əsasında 24 saat fəaliyyətdədirlər. Bu, eyni zamanda ölkənin hər yerində çalışan qəza xidmətlərimizə də aiddir. Abonentlərə müraciət edərək bildiririk ki, işıqla bağlı qarşılaşdıqları problemə görə, 24 saat fasiləsiz fəaliyyət göstərən 199 Çağrı mərkəzi ilə əlaqə yaratsınlar. Bu, bütün ölkə üçün keçərlidir və istənilən operatorla pulsuz zəng etmək mümkündür”,- V.Aydınoğlu əlavə edib.

Bugün TV

Oxşar xəbərlər

21 Oktyabr – Vətən Müharibəsi İştirakçısı Xəqani Muradovun Həyatına Yenidən Başladığı Gün

Aynur Camal

Siyasi ekspert: ABŞ-ın Zelenskiyə təzyiqləri Ukraynanın gələcəyinə təsir edə bilər

Aynur Camal

Məhəmməd Əsədullazadə: Azərbaycanın artan geosiyasi mövqeyi ona qarşı təzyiqləri artırır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu