Baş xəbərDünya

10 nəfərin olduğu təyyarə səmada yoxa çıxdı

Alyaskada göyərtəsində 10 nəfərin olduğu Bering Air şirkətinə məxsus təyyarə müəmmalı şəkildə yoxa çıxıb. Təyyarədə doqquz sərnişin və bir pilot olub. Axtarışlar davam edərkən, Nome Könüllü Yanğından Mühafizə İdarəsi hadisəni təsdiqləyən açıqlama verib.

Açıqlamada, “Hazırda Nome və Ağ Dağdan quruda axtarışlar aparırıq. Hava şəraiti və görmə qabiliyyətinə görə havadan axtarışlar məhdudlaşdırılıb. Axtarış işlərinə Milli Qvardiya, Sahil Mühafizəsi və Polis qrupları qatılıb”.

Təyyarənin itməsi ilə bağlı narahatlıqlar fonunda yerli hakimiyyət orqanları ictimaiyyəti ekstremal hava şəraiti ilə əlaqədar öz axtarış qruplarını yaratmaq cəhdindən çəkinməyə çağırıb.

İctimaiyyətin itkin düşənlərlə bağlı narahat olduğu bir vaxtda onlardan təhlükəsizlik və hava şəraitini nəzərə alaraq fərdi axtarış qrupları yaratmamalarını xahiş edirik”, – deyə məlumatda bildirilir.

Əlavə olaraq, ailələrin dəstək üçün Norton Sound Health Corporation ilə əlaqə saxlaması tövsiyə olunur.

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

Beynəlxalq Əlilliyi olan Şəxslər Günü keçirildi

Aynur Camal

Türkiyədə bina uçdu

Kəmalə Sultan

Oğru park edilmiş yük maşınının ön şüşəsini oğurlayaraq qaçdı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu