Baş xəbərDünya

100-dən çox ölkədən nümayəndə heyəti Tehrana gəldi

İranda ölkənin keçmiş ali rəhbəri Əli Xameneinin vida mərasimi çərçivəsində dünyanın müxtəlif ölkələrindən yüksək səviyyəli nümayəndə heyətləri Tehrana gəlib.

Bugun.tv xəbər verir ki, bu barədə AP məlumat yayıb.

Məlumata görə, dövlət mərasiminə 100-dən çox ölkədən prezidentlər, parlament sədrləri, xarici işlər nazirləri, hökumət nümayəndələri və digər rəsmi şəxslər qatılıblar.

Vida mərasimi Tehrandakı İmam Xomeyni Musəlla kompleksində keçirilir. Mərasimdə İranın ali dövlət rəhbərliyi, hərbi və dini xadimlər, eləcə də minlərlə vətəndaş iştirak edir.

İran rəsmiləri mərasimin ölkənin tarixində ən geniş beynəlxalq iştirakın qeydə alındığı dövlət tədbirlərindən biri olduğunu bildiriblər.

Vida mərasiminin bir neçə gün davam edəcəyi, daha sonra isə anım tədbirlərinin İranın digər şəhərlərində keçiriləcəyi gözlənilir.

Mənbə:  ApNews

Aynur Camal

Oxşar xəbərlər

Məhəmməd Əsədullazadə: Rusiya Azərbaycana qarşı yenidən böhran yolunu tutdu

Aynur Camal

Alberta Kanadadan ayrılacaq? Ştatda müstəqilliklə bağlı referendum müzakirələri qızışır

Aynur Camal

Kinoteatrlar Meta-nın ağıllı eynəklərini qadağan etməyi müzakirə edir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu