Polşa, Rusiya raketləri, X-101, NATO, hava məkanının pozulması, Dubna, Avropa təhlükəsizliyi, hərbi insident
Dünya

Polşa ərazisinə düşən üç obyektin Rusiyanın X-101 raketləri olduğu müəyyənləşdirildi

Polşanın şərqində noyabrın 20-də aşkar edilən üç uçan obyektin hamısının Rusiyaya məxsus X-101 qanadlı raketləri olduğu müəyyən edilib. İlkin ehtimallarda obyektlərdən ikisinin raket, birinin isə pilotsuz uçuş aparatı olduğu bildirilmişdi.

Bugun.tv xəbər verir ki, Polşanın Lublin vilayəti üzrə prokurorluğunun açıqlamasına əsasən, hərbi mütəxəssislər və ekspertlər üç ayrı ərazidə tapılan qalıqları araşdırıblar. Söhbət Nowy Lipowiec, Rudnik və Mołodycz yaşayış məntəqələrindən gedir. Aparılan ilkin təhlil nəticəsində hər üç obyektin X-101 tipli qanadlı raket olduğu qənaətinə gəlinib.

Prokurorluğun məlumatında raketlərin 2026-cı ilin dördüncü rübündə Rusiyanın Moskva vilayətində yerləşən Dubna şəhərindəki müəssisədə istehsal edildiyi bildirilir. Bununla belə, ekspertiza və istintaq tədbirləri davam edir.

Hadisə NATO-nun şərq cinahında narahatlığı artırıb

Obyektlərin Polşa hava məkanına daxil olması ölkənin hava hücumundan müdafiə tədbirlərinin gücləndirilməsinə səbəb olub. Hadisə zamanı xəsarət alanlar və kritik infrastruktura ciddi ziyan qeydə alınmayıb.

Məsələ NATO-nun şərq cinahının təhlükəsizliyi ilə bağlı müzakirələri də yenidən gündəmə gətirib.

Mənbə:  mail.ru

Aynur Camal

Oxşar xəbərlər

Antalyada BMT-nin iqlim sammitində əsas sənəd üzrə razılıq əldə olunmadı

Aynur Camal

ABŞ ordusunun qurğuşun tərkibli partlayıcıları məhv etmək planı mübahisə yaratdı

Aynur Camal

Silahlı toqquşmalar Ebola ilə mübarizəni çətinləşdirir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu