12 C
Baku
25 Aprel 2025, 6:54
Baş xəbərSosial

106 330 şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub

Bugun.tv xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən bu ilin yanvar-aprel aylarında 106 330 şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub.

Onlardan 18 334 nəfəri “Əmək və Məşğulluq” altsistemindəki vakansiya bankına yerləşdirilən vakansiyalar üzrə işlə təmin edilib.

Həmin dövrdə 1624 nəfər özünüməşğulluq proqramına cəlb olunub. Təlim kurslarında iştirak etdikdən sonra onların kiçik bizneslərini yaratmaları üçün aktivlərlə təminatı həyata keçirilir.

Yanvar-aprel aylarında 3295 işsiz şəxs üçün işəgötürənlərlə əməkdaşlıq çərçivəsində peşə hazırlığı kursları təşkil edilib, 83077 şəxsə isə peşəyönümü xidmətləri göstərilib.

Mənbə: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliy

Aynur Camal

Oxşar xəbərlər

Çin “Yaogan-39” uzaqdan zondlama peykini orbitə buraxdı

Teymur Əziz

Şakira Peruda xəstəxanaya yerləşdirilib

Aynur Camal

Argentinada istehlak səviyyəsi bir ay ərzində 13 faiz azaldı

İntizar Əmirova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu