DünyaHadisə

11 şəhərdə 18 ayrı meşə yanğınının söndürülməsi istiqamətində işlər davam edir

Bugun.tv xəbər verir ki, Əlcəzair Mülki Müdafiə Müdirliyi ölkənin şimalında 11 şəhərdə 41 fərqli nöqtədə baş verən meşə yanğınlarının söndürüldüyünü, 18 nöqtədə davam edən yanğınların söndürülməsi üçün işlərin davam etdiyini açıqlayıb. Açıqlamada ölkənin şimal və şimal-şərqində 11 şəhərdə baş verən 59 meşə yanğınından 41-nin söndürüldüyü bildirilib. Mülki Müdafiə Prezidentliyinə bağlı qruplar cümə günündən bəri Əlcəzairin bir çox şimal şəhərində baş verən onlarla meşə yanğınını heç bir insan itkisinə səbəb olmadan söndürə bilib. Digər tərəfdən sosial mediada əks olunan görüntülərdə bəzi meşə yanğınlarının davam etdiyi Bicaya şəhərində yollarda nəqliyyatın hərəkətinin dayandığı, çoxlu sayda avtomobilin yandığı görülüb. Əlcəzair Jandarma Komandanlığı dünən axşam Bicaye şəhərində meşə yanğını törətməkdə şübhəli bilinən bir nəfərin saxlanıldığını açıqlayıb.Əlcəzairin şimal bölgələrində iyulun 24-də baş verən meşə yanğınlarında 34 nəfər ölüb, 194 nəfər yaralanıb.

Müxbir: Şəms Elnurqızı

 

Bugün TV

Oxşar xəbərlər

On illik xaos: Britaniya yeddinci baş nazir seçməyə hazırlaşır

Aynur Camal

G7 ölkələri Ukraynaya Rusiyanın aktivlərindən 45,5 milyard dollar ayırdı

Aynur Camal

ABŞ Senatı Trampın İrana qarşı hərbi əməliyyatlarını məhdudlaşdıran qətnaməni qəbul etdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu