Baş xəbərSiyasət

“FHN-nin bütün kollektivi ən yüksək medal və təltiflərə layiqdirlər”

“Fövqaladə Hallar Nazirliyinin 20 illiyi yubiley medalının təsis edilməsini dəstəkləyir və bunu layiqli hesab edirəm. Bunu fakt üzərində izah etmək istərdim”.

Bugun.tv-xəbər verir ki, bunu Milli Məclisin deputatı Razi Nurullayev Parlamentdə çıxışı zamanı deyib:

“Güclü yağışlar Azərbaycanda ciddi fəsadlar törətdi. Hökumət, dövlətimiz sağ olsun ki, müəyyən addımlar atıldı və buna görə zəhməti keçən hər kəsə təşəkkür edirəm. Xüsusilə Daxili İşlər Nazirliyinin əməkdaşları, Fovqalade Hallar Nazirliyi gecə-gündüz çalışdılar və bunu mütləq vurğulamalıyam.

Bununla bərabər deməliyəm ki, bu gün də evi suyun içində qalan və qapısı döyülməyən vətəndaşlar var. Təəssüflə deməliyəm ki, heç də aidiyyatı olan dövlət qurumları işinin öhdəsindən gəlməyib, zamanında ciddi həyacan ziqnalı da verməyiblər.

Buradan Fövqəlhadə Hallar nazirliyinə təşəkkürümü bildirmək istəyirəm. Cənab nazirə, müavinlərinə, bütün kollektivə “sağ ol” deyirəm. Yalnız onlar telefon zənglərimə cavab verib operativ qərar qəbul etdilər. Gözümüzün qabağında insanları xilas etdilər, neçə günlər xidməti maşınlarda gecələdilər.

Amma, aidiyyatı olan orqanların bir çoxunun laqeydliyinin şahidi olduq. Çox təəssüf. Amma, bilsinlər ki, onlar Parlamentdə olan zaman çətin suallarla üzləşməli olacaqlar. Hər bir dövlət qurumu üzərinə düşən vəzifəni vicdanla yerinə yetirməlidir.

Bir daha FHN-nin bütün kollektivinə dərin təşəkkürümü bildirirəm və əminəm ki, onlar ən yüksək medal və təltiflərə layiqdirlər”.

Milli Məclisin deputatı Razi Nurullayev 

Aynur Camal

Oxşar xəbərlər

Dərhal enerji verən qəlyanaltılar

Aynur Camal

Deputat şəhid ailəsini ziyarət etdi

Aynur Camal

Yardımlıda dərədən 18 kiloqram narkotik aşkarlandı

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu