20 C
Baku
24 İyun 2025, 8:14
Baş xəbərSosial

“Xarici investisiya üçün ölkə daxilində əlverişli mühit var”

“Bakı Enerji Həftəsində çıxış edən Prezident İlham Əliyev “Əsrin Müqaviləsi” ilə təməli qoyulan enerji siyasətinin uğurla icrası nəticəsində ölkənin xammal ixcracından- enerji ixracına qədər geniş bir transformasiya keçdiyini vurğulayıb. Yeni mərhələdə isə əsas hədəf həm qaz ixracının həcminin artırılması, həmçinin yaşıl enerjinin avropa bazarına çıxarılmasıdır. Bu sahədə Azərbaycan neft sektorunda olduğu kimi xarici tərəfdaşları ilə işləməyə hazırdır”:

Bugun.tv xəbər verir ki, bu şərhində Aqil Məmmədov öz Facebook səhifəsində yazıb.

O həmçinin şərhində deyib ki, xarici investisiya üçün ölkə daxilində mühit də əlverişlidir.

1. Ölkədə tam siyasi sabitlik mövcuddur, ölkə sərhədləri tamamilə nəzarət altına alınıb və təhdid ola biləcək separatizm elementləri məhv edilib.

2.Ölkədə iqtisadi sabitlik mövcuddur. Belə ki, xarici borc ÜDM-in 7 %-dən azdır, strateji ehtiyatlar borcdan 14 dəfə çoxdur.

3. Xəzər regionundan Avropa bazarına enerji həcmlərini çıxartmaq üçün infrastruktur qurulub. 3500 km-li Cənub Qaz Dəhlizi Xəzər regionunu Qara dəniz və Aralıq dənizi regionu ilə fikizi olaraq bağlayır.

Cənub Qaz Dəhlizi vasitəsi ilə artıq 12 Avropa və Balkan ölkəsində Azərbaycan qazı evləri isidir və 2030-a kimi əlavə 8 mlrd kub metrə yaxın əlavə ixrac planlaşdırılır. Bu rəqəmlər Aİ-nin mayda açıqladığı yol xəritəsi ilə kəsişir: Brüssel 2025-in sonuna qədər Rusiya qazı üzrə spot, 2027-yə qədər isə bütün uzunmüddətli müqavilələri qadağan etməyi düşünür. Beləliklə, Azərbaycan qazı Avropada yaranacaq boşluğunu kompensasiya edəcək əsas mənbələrdən biri olacaq. Digər mənbə ABŞ və Qətərdən LNG idxalının artırılmasıdır.

Eyni zamanda Azərbaycan həm öz mənbələrindən ixracı genişləndirməklə yanaşı, yaxın illərdə Qazaxstan və Türkmənistan qazının Avropa bazarına çıxarılmasın üçün əsas tranzit ölkə olacaq. Xüsusi olaraq Aİ-Mərkəzi Asiya ölkələri arasında münasibətlərin istiləşməsi uzun illərdi haqqında bəhs edilən Trans Xəzər layihəsinin reanimasiya olunmasına və yekun olaraq icrası ilə bağlı qərar qəbul edilməsinə müsbət təsir edə bilər.

Aynur Camal

Oxşar xəbərlər

Raket və Artilleriya Qoşunlarında keçirilən təlimlər davam edir – VİDEO

Aynur Camal

Qarsda tarixi əsər qaçaqmalçılarına qarşı əməliyyat

Bugün TV

“Hall Siti” öz meydanında “Roterhem Yunayted”i məğlub etdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu