13 C
Baku
30 Mart 2026, 15:34
Digər

12 ton şokoladlı vafli oğurlandı – yüz minlərlə məhsul yoxa çıxdı

Nestlé şirkətinə məxsus böyük həcmli şokoladlı vafli yükü oğurlanıb.

Məlumata görə, İtaliyadakı istehsal müəssisəsindən Polşaya göndərilən təxminən 12 ton ağırlığında, 414 min ədəd məhsul daşıyan yük maşını daşınma zamanı yoxa çıxıb. Şirkət bildirir ki, hadisə ötən həftə baş verib və həm nəqliyyat vasitəsi, həm də yük hələ də tapılmayıb.

Qeyd olunur ki, bu məhsulların Avropa bazarlarında satışa çıxarılması planlaşdırılırdı. Hadisədən sonra şirkət yerli hüquq-mühafizə orqanları ilə birlikdə araşdırmalara başlayıb.

Nestlé oğurlanan məhsulların qanunsuz satışının qarşısını almaq üçün xüsusi izləmə sistemi tətbiq etdiyini açıqlayıb. Belə ki, hər bir məhsulun üzərində yerləşən unikal partiya kodları vasitəsilə onların mənşəyi müəyyən edilə biləcək. Şirkət istehlakçılara və satıcılara şübhəli məhsullarla bağlı məlumat verməyə çağırış edib.

Mütəxəssislər bildirir ki, son illərdə logistik zəncirdə baş verən oğurluq halları daha da mürəkkəbləşib və bu cür hadisələr qlobal miqyasda artmaqdadır. Bu səbəbdən şirkətlər təhlükəsizlik tədbirlərini gücləndirməyə çalışır.

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

Çin ilə Şimali Koreya arasında sərnişin uçuşları bərpa olundu

Aynur Camal

Yaz fəsli insan orqanizminə necə təsir edir? Alimlər səbəbləri açıqladı

Aynur Camal

Rusiya ingilis diplomatı casusluq ittihamı ilə ölkədən çıxarır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu