Digər

Yaz fəsli insan orqanizminə necə təsir edir? Alimlər səbəbləri açıqladı

Yaz fəslinin gəlişi ilə insan orqanizmində mühüm bioloji və hormonal dəyişikliklər baş verir. Xarici mənbələrin yaydığı məlumata görə, günlərin uzanması və günəş işığının artması bədənin fəaliyyət rejimini dəyişdirərək əhval-ruhiyyəyə və enerji səviyyəsinə birbaşa təsir göstərir.

Mütəxəssislər bildirir ki, yaz aylarında günəş işığının artması nəticəsində yuxu hormonu kimi tanınan melatoninin ifrazı azalır. Bu isə insanlarda daha az yuxululuq və daha çox enerji hissi yaradır. Eyni zamanda, “xoşbəxtlik hormonu” kimi tanınan serotonin səviyyəsi yüksəlir ki, bu da pozitiv əhval-ruhiyyənin formalaşmasına kömək edir.

Alexander Lerchl qeyd edir ki, qış aylarında aktiv olan melatoninin azalması yazda maddələr mübadiləsinin sürətlənməsinə səbəb olur. Bu proses orqanizmin daha aktiv və enerjili işləməsinə şərait yaradır.

Araşdırmalara görə, yaz aylarında insanların sosial aktivliyi də artır. Daha isti hava və uzun günlər insanları açıq havaya çıxmağa, daha çox ünsiyyət qurmağa və fiziki fəaliyyətə təşviq edir.

Mütəxəssislər vurğulayır ki, yazda müşahidə olunan əhval yüksəlişi yalnız psixoloji deyil, həm də bioloji əsaslara söykənir.

Mənbə: mail.ru

Aynur Camal

Oxşar xəbərlər

Tramp: ABŞ Hormuz boğazı üzərində tam nəzarətə sahibdir

Aynur Camal

İran 15.000 raket və 45.000 dron saxladığını açıqladı, Tramp ultimatum verdi

Aynur Camal

Dünyanın ən məşhur 10 kitabı – Dünya ədəbiyyatının ölməz inciləri

Elnarə Dərziyeva

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu