25 C
Baku
27 İyul 2024, 4:12
Dünya

122 metrdən yıxılaraq ölmədi!

Vaşinqton ştatında kanyonun zirvəsindən 400 fut hündürlükdən yıxılan yeniyetmə yüngül xəsarətlərlə sağ qalıb.

NBC-nin məlumatına görə, Meyson qraflığının şerif ofisi bildirib ki, 19 yaşlı gənc ABŞ-ın ən hündür körpülərindən biri olan High Steel Bridge-in bir az altındakı cığırla gedərkən yıxılıb.

KING5 televiziyasına danışan yanğınsöndürmə rəisi, “Çox insanın getdiyi və bir növ cığır halına gələn vadidən aşağı addımlayan gənc son dərəcə şanslı olub” dedi.

Gənci “təhlükəsizlik kəməri ilə bağlayan” təcili tibbi yardım əməkdaşlarının müdaxiləsi və onu yuxarı dartması sayəsində düşdüyü uçurumdan çıxarıla bilib.

Meyson qraflığının şerif patrulunun zabiti Tim Ripp NBC News-a bildirib ki, hər il 5-7 nəfər körpüdən düşür və onların əksəriyyəti ölür. Rippin sözlərinə görə, cığırlar xəbərdarlıq nişanları ilə təchiz olunub.

“Biz insanlara deyirik ki, bu cığırlara getməsinlər, çünki onlar təhlükəlidirlər, lakin onlar ya xəbərdarlıq işarələrini görmürlər, ya da onlara məhəl qoymurlar” deyə Ripp gileylənib.

İki saat davam edən xilasetmə əməliyyatından sonra qollarında bir neçə cızıq olan gənc xilas edilərək yaxınlıqdakı xəstəxanaya aparılıb.

Mənbə: Haber Global

Aynur Camal

Oxşar xəbərlər

Gürcüstan parlamentində deputatlar arasında dava düşüb

Aynur Camal

Şimal Hərbi Dairəsindən sonra Ukraynadan nə qalacaq?

Aynur Camal

Zorakılıqların davam etdiyi Ekvadorda yenidən fövqəladə vəziyyət elan edildi

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu