Dünya

13 ildən sonra istifadəyə verilən nüvə reaktoru nasazlıq səbəbindən yenidən sıradan çıxıb

Yaponiyanın Onaqava Atom Elektrik Stansiyasının 13 ildən artıqdır ki, offline olan nüvə reaktoru yenidən işə salındıqdan 6 gün sonra avadanlıqlarda yaranan problemlər səbəbindən yenidən bağlanıb.

Kyodo News xəbər verir ki, bu barədə Onaqava Atom Elektrik Stansiyasını idarə edən Tohoku Electric Power şirkəti açıqlama verib.

Açıqlamada 13 ildən artıq offline olan və oktyabrın 29-da istifadəyə verilən 2 nömrəli reaktorda neytron məlumatları ilə bağlı cihazda nasazlıq olduğu açıqlanıb.

Açıqlamada reaktorun nasazlıq səbəbindən işə başladıqdan 6 gün sonra yenidən sıradan çıxarıldığı, reaktorun ətraf mühitə radiasiya yaymadığı bildirilib.

Açıqlamada reaktorun sakinlərin təhlükəsizliyi üçün sıradan çıxarıldığı və avadanlıqların yenidən yoxlanılacağı qeyd edilsə də, reaktorun nə vaxt işə salınacağı ilə bağlı ətraflı məlumat verilməyib.

Onaqava Atom Elektrik Stansiyasının 2 nömrəli yenidən işə salınmış reaktorunun noyabrda elektrik enerjisi istehsal etməyə başlaması gözlənilirdi.

2011-ci il martın 11-də Yaponiyada baş verən 9 bal gücündə zəlzələ və sonrakı sunami Fukusima Dai-içi Atom Elektrik Stansiyasında radioaktiv sızmaya səbəb olub. Sızıntıdan sonra bölgədə yaşayan on minlərlə insan evlərini tərk etməli olub.

Fukuşima Dai-i Atom Elektrik Stansiyasının şimalında yerləşən Onaqava Atom Elektrik Stansiyası da təhlükəsizlik səbəbi ilə bağlanıb.

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

Türkiyə Sierra Leonedə ana və uşaq sağlamlığı üçün xəstəxana inşa edəcək

Aynur Camal

Silah ehtiyatı həyəcanı: 50 milyard dollarlıq əlavə büdcə gündəmdə

Aynur Camal

Trampdan “İran” mesajı: “Biz hücum etməsəydik, onlar edəcəkdi”

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu