Dünya

İngilis jurnalistlərdən BBC-yə Qəzza çağırışı! “Qərəzsiz və cəsarətli olun”

İngiltərədə 237 jurnalist Qəzzadakı qətliamı İsrailyönlü işıqlandırdığı üçün BBC-ni tənqid edib. Jurnalistlər məktublarında BBC-ni Qəzza ilə bağlı xəbərlərində neytral olmağa çağırıblar. Qəzza zolağında soyqırım törədən işğalçı İsrailə məhəl qoymayan Qərb mediası uzun müddətdir ki, tənqid hədəfi olub…

İsrailyönlü media qurumlarına reaksiyalar günü-gündən artır.

İngiltərədə 101-i BBC-nin əməkdaşı olmaqla ümumilikdə 237 jurnalist BBC-nin baş direktoru Tim Davieyə məktub göndərib. Məktubda jurnalistlər BBC-ni Qəzza xəbərlərində qərəzsiz olmağa çağırıblar.

Jurnalistlər Qəzza xəbərlərini İsrail tərəfdarı mövqe sərgilədiyi üçün tənqid edərək, BBC-dən bu xəbərləri qərəzsiz və cəsarətli bir yanaşma ilə işıqlandırmasını istəyiblər. BBC-yə qarşı hərəkətə keçməyə çağıran imzaçılar İsrailin xarici jurnalistlərin Qəzzaya girməsinə mane olduğunu da xatırladıblar.

Xəbərlərdə İsrailin iddialarını sübut edəcək kifayət qədər dəlilin olmadığının qeyd olunmasını istəyən jurnalistlər, həmçinin İsrailin səhv etdiyi məsələlərin manşetlərə çıxarılmasını, 2023-cü ilin oktyabrından əvvəl Qəzza xəbərlərində kontekst verilməsini və İsrailin siyasi və Hərbi vəzifəlilər müsahibələrdə sualları çətinləşdirir.

İmzalayanların mesajı birbaşa BBC-yə çatdırılsa da, oxşar müraciət Britaniyanın İTV və Sky kimi digər böyük media qurumlarına da edilib.

Mənbə: TGRT

Aynur Camal

Oxşar xəbərlər

Alimlər Günəşin tarixdə ən detallı görüntülərini əldə etdilər

Aynur Camal

Rusiya: Ukraynaya silah daşıyan iki yük gəmisi məhv edildi

Aynur Camal

Hiroşimaya atom bombası atılmasından 81 il ötür

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu