19 C
Baku
14 Sentyabr 2025, 21:39
Baş xəbərHadisə

13 yaşlı qızı özündən 24 yaş böyük kişiyə nişanladılar-VİDEO

Bakıda 13 yaşlı qız 37 yaşlı kişi ilə nişanlanıb. 

Bugun.tv xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonunda baş verib. Bu haqda “Xəzər Xəbər” məlumat yayıb.

Qız deyib ki, 3-cü sinfə qədər dərsə gedib, sonra valideynləri oxumağına icazə verməyib:

“Nişanlanmaq istəmirəm, oxumaq istəyirəm. Onlar istədilər, məndən icazə almadılar. Heç oğlanla danışmıram, istəmirəm”.

Qızın anası isə “Həyat yoldaşımın psixoloji problemi var və həbsxanadadır. Hər zaman deyir ki, həbsdən çıxan kimi onu öldürəcəyəm. Anam da xəstədir, uşağa kim baxacaq? Bilirəm ki, cinayət işi daşıyıram” sözlərini söyləyib.

Qadın deyib ki, nişan indi olsa da, toy üçün övladının yaşının tamam olmasını gözləyəcəklər.

Oğlanın anası isə “Nişanlanmaq evlənmək deməkdir? Gözləyəcəyik yaşı tamam olsun sonra toy edək. Yiyəsi, anası və nənəsi verdi, mən də aldım. Dedilər ki, sahibsiz qızdır, başqası aparıb başına bir iş açar. Başqası nəsə edincə, ad olsun sizinki. Anası baldızımdır. Oğlumun bir arvadı olub, beşi olmayıb ki… Arvadı oturmadı, qaçıb getdi” sözlərini əlavə edib.

Bugün TV

Oxşar xəbərlər

Qum fırtınası kabusu! Ölənlər və yaralananlar var

Aynur Camal

Avtoqəzada 1 nəfər öldü

Nigar Məmmədova

Yazgül Abdıyeva təltif edildi – FOTO

İntizar Əmirova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu