16 C
Baku
19 Aprel 2026, 22:04
Baş xəbər

Deputat Ceyhun Məmmədov: Oruc tutan şəxs yalan danışmamalıdır

Milli Məclisin deputatı Ceyhun Məmmədov Ramazan ayı ilə bağlı sosial media hesabında paylaşım edib.

Deputat bildirib ki, İslamın bütün ibadətlərinin əsas məqsədi mənəvi paklığa və kamilliyə nail olmaqdır. Onun sözlərinə görə, Ramazan ayı nəfsin tərbiyəsi ayıdır və Allahın insanların yalnız ac qalmasına ehtiyacı yoxdur.

Ceyhun Məmmədov vurğulayıb ki, oruc insanın əməl və davranışlarında da öz əksini tapmalıdır. Oruc tutan şəxs səbəbindən asılı olmayaraq yalan danışmaqdan, insanları aldatmaqdan və başqalarının haqqına girməkdən uzaq olmalıdır.

Millət vəkili Məhəmməd Peyğəmbərin (s) bu mövzuda buyurduğu hədisi də xatırladıb: “Kim yalan danışmağı və yalanla iş görməyi tərk etməzsə, Allah həmin şəxsin yemək-içməyi buraxmasına (ac qalmasına) qiymət verməz”.

Deputat paylaşımının sonunda Uca Allahdan hər kəsi həqiqi oruc tutanlardan etməyi, dövlətimizi qorumağı, müstəqilliyimizi möhkəmləndirməyi, birlik və həmrəyliyi daim saxlamağı, edilən dua və tutulan orucları qəbul etməyi diləyib.

Aynur Camal

Oxşar xəbərlər

İlham Əliyev “Abşeron” Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak edib

Aynur Camal

Qahirə Universitetində Azərbaycan dilində şeir səsləndirildi – misirli tələbələrdən təsirli çıxış

Aynur Camal

Bu gecə Bakı Pakistan Gününü işıqlandırdı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu