Baş xəbərSosial

14 722 şəxsə reabilitasiya xidmətləri göstərildi

Bugun.tv xəbər verir ki, cari ilin I rübün sosial göstəriciləri üzrə əlilliyi olan 14 722 şəxsə reabilitasiya xidmətləri göstərilib.

Belə ki, bu kateqoriyadan olan şəxslər 19 939 reabilitasiya vasitəsi ilə təmin olunub.

Həmin şəxslərin mühüm bir hissəsi müharibə ilə əlaqədar əlilliyi olan şəxslər olub.

Reabilitasiya mərkəzlərində əlilliyi olan şəxslər səmərəli fizioterapevtik prosedurlara, həmçinin müalicəvi bədən tərbiyəsi, sosial-psixoloji xidmətlərə cəlb ediliblər.

Eyni zamanda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin reabilitasiya mərkəzlərindən bildirilib ki, bu ilin yanvar-mart aylarında ehtiyacı olanlara yüksək texnologiyalı müasir protezlər, mühərrikli təkərli oturacaqlar, aşağı və yuxarı ətraf ortezləri, protez və ortopedik ayaqqabılar, korsetlər, dördayaqlı dayaq vasitələri, qoltuqaltı ağac və s. verilib.

Aynur Camal

Oxşar xəbərlər

Bu gün məktəblərdə “Son zəng”dir

Aynur Camal

Prezident Davosda “Adani Group” şirkətinin təsisçisi və sədri ilə görüşüb

Nigar Məmmədova

DEAŞ əməliyyatı oldu: 17 nəzarətə alındı

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu