Baş xəbər

Meşələr kütləvi şəkildə məhv edilir: Kənd sakinləri şikayət etdi – FOTOLAR

Bugun.tv xəbər verir ki, Cəlilabad rayonunun, Buravar kəndinin sakinləri Ekologiya və Təbii Sərvətlər naziri Cənab Rəşad İsmayılovla Meşələrin İnkişafı Xidmətinin Rəisi Ramik Əşrəfova açıq müraciət ünvanlayıblar.

Sözügedən müraciəti olduğu kimi təqdim edirik:

Ekologiya və Təbii Sərvətlər naziri Cənab Rəşad İsmayılova və Meşələrin İnkişafı Xidmətinin Rəisi Ramik Əşrəfova Cəlilabad rayonunun Buravar kəndinin sakinləri tərəfindən

MÜRACİƏT

“Cənab Nazir, cənab xidmət rəisi biz sizə həm yazılı şəkildə, həm də sosial şəbəkələr vasitəsilə dəfələrlə müraciət edib, 11 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin Cəlilabad və Göytəpə meşəbəyliklərində meşə gözətçiləri tərəfindən aparılan yaşıl soyqırım barədə məlumat versək də, bu günə qədər heç bir müsbət nəticəsi olmayıbdır. Bir daha sizin və ölkə ictimaiyyətinin və bütün ekologiyasevərlərin diqqətinə çatdırırıq ki, bir az da belə davam edərsə, bizim meşələrdən əsər əlamət qalmayacaq.

Hər fürsətdə özünü təbiət vurğunu kimi təqdim edən Nəsimi Nəsibov deyir ki, mənim amalım meşələri qorumaqdır. Əslində isə onun əsil məqsədi meşələri viran qoyub pul qazanmaqdır. Göytəpə meşəbəyliyinin 10 a saylı dolayında vəziyyət son dərəcə ağır və faciəlidir. Meşədən Buravar kəndinə gətirilmiş ağacların izləri açıq aydın şəkildə göstərir ki, bu meşələr sahibsiz və nəzarətsiz qalıbdır. Bu günə olan bütün reallıqlar sizlərə təqdim etdiyimiz video və foto görüntülərdə öz əksini tapmışdır”.

Bugün TV

Oxşar xəbərlər

Paşinyanın yeni Konstitusiya planı Ermənistan müxalifətini seçim qarşısında qoyur – Məhəmməd Əsədullazadə

Aynur Camal

“Smartfonların müntəzəm təmizlənməsi vacibdir!”

Aynur Camal

20 Noyabr – Ümumdünya Uşaq Günü: uşaqların səsi eşidilməli, hüquqları qorunmalıdır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu