16 C
Baku
21 Noyabr 2024, 16:23
Baş xəbərMaraqlı faktlarSəhiyyə

14 il tək ağciyər ilə yaşayan Səlahəttin çağrış etdi…

Bugun.tv xəbər verir ki, 27 il fasiləsiz siqaret çəkən Səlahəddin Tustaşın sağ ağciyərində şiş aşkarlandığında əməliyyat vasitəsi ilə ağciyərin sağ hissəsi kəsilərək çıxarılıb.

14 ildir ki, bir ağciyərlə yaşayan Tustaş “Siqareti dayandır” çağırışı edib.

Səlahəddin Tustaş 27 il fasiləsiz olaraq gündə 2 qutu siqaret çəkib. Atası da ağciyər xərçəngindən dünyasını dəyişən Səlahəddin Tustaş ailəsinin xəbərdarlığına məhəl qoymayıb. Sadə qrip olduğunu düşünərək həkimə gedib və bütün sağ ağciyərində şiş olduğunu öyrənib. Çətin əməliyyatla Tustaşın sağ ağciyəri tamamilə çıxarılıb.O, yaşadıqlarını “Hürriyyətə” belə izah edib:

Öskürək, soyuqdəymə kimi şikayətlərim var idi ki, keçmirdi. Ağciyər xərçəngi meydana gəldi. Belə bir nəticənin olacağını az-çox proqnozlaşdırırdım. Mən də atamla eyni prosesi keçmişəm. İlk ağlıma uşaqlarım gəldi. O vaxtlar çox kiçik idilər. Erdal müəllimin təklifi ilə əməliyyat olmaqdan başqa çarəm qalmadı. Şükür Allaha, 14 ildir ki, səhhətimdə zərrə qədər problem olmayıb. Bir ağciyərlə yaşamaq mənim köhnə həyatımdan heç nə ilə fərqlənmir. Sadəcə daha tez yoruluram və təpələrə qalxanda nəfəs almaqda çətinlik çəkə bilərəm. Bütün bunları siqaretə görə yaşadım. Hər kəsə səslənirəm: Siqareti tərgidin!.

Torakal Cərrahiyyə Mütəxəssisi Prof. Dr. Erdal Okur
Torakal Cərrahiyyə Mütəxəssisi Prof. Dr. Erdal Okur

Səlahəddin Tustaş sağlam yaşayır!

– Torakal Cərrahiyyə Mütəxəssisi Prof. Dr. Erdal Okur xəstəsi haqqında bu məlumatları verdi: “Əgər əməliyyatla çıxarmasaydıq, xərçəngin metastazı qaçılmaz idi. Ancaq bütün bir ağciyərin çıxarılması riskli və çətin bir əməliyyat idi. Əməliyyatdan əvvəl tənəffüs testi və bir sıra digər testlər aparıldı. Bu testlərlə əməliyyatdan sonra onun bir ağciyərlə sağ qala biləcəyinə əmin olduq. Sonra əməliyyat etdik. Biz əməliyyatla bütün sağ ağciyər və limfa düyünlərini çıxardıq. Pasientimizin əməliyyat olunmasından 14 il keçir. O, 14 ildir ki, sağlam yaşaya bilib”.

 

Teymur Əziz

Oxşar xəbərlər

İki avtomobil toqquşdu: 1 nəfər öldü, 5 nəfər yaralandı

Bugün TV

Rusiya Ukraynaya irimiqyaslı hava zərbələri endirdi

Kəmalə Sultan

“Azərbaycan və Ermənistan demarkasiya və demarkasiya işlərini heç bir vasitəçi olmadan aparır”

Elnarə Dərziyeva

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu