16 C
Baku
28 Mart 2024, 13:44
Mədəniyyət

140 yaşlı sənət ocağı

İrəvan Dövlət Azərbaycan Dram Teatrı 1882-ci ildə fəaliyyətə başlayıb. Teatrın ilk illərində səhnəyə həvəskar aktyorlar çıxsa da, daha sonra sənət ocağı öz sənətkarları ilə tanınıb.

Tanınmış prodüsser Oqtay Əliyev deyir ki, teatr dəfələrlə bağlansa da, sonralar yenidən açılıb.

“Bu teatrı ermənilər 1930-1931-ci illərdə məcburən bağladılar. Yəni müxtəlif bəhanələr gətirərək teatrı saxlaya bilmədilər. 1967-ci ildə ümumilli lider Heydər Əliyev bu məsələnin üzərinə qəti düşdü. Onları məcbur edərək  teatrın fəaliyyətini bərba etdi. İncəsənət universitetinin son kursunun tələbələrini ora göndərdilər”.

Aktrisa Səmayə İsmayılovanın yaradıcılığı da bu teatrla bağlıdır.

“1971-ci ildə  İrəvan teatrında fəaliyyətə başladım. Burada həm tamaşalarda, həm də konsert proqramlarında iştirak etdim ki, teatrın büdcəsi olsun. Aktyorlar yaxşı maaş alsın. Mən orada çalışan bütün aktyorları sənət fədailəri hesab edirəm. İlin 300 günü təkər üstündə idik. Bütün ömrümüz rayonlarda, qastrolllarda keçirdi. Uşaqlarımız bizlə bir yerdə idi. Bizim uşaqlar ermənilərin gülləsi altında aktyorların paltarlarının arasında yatırdılar. Tamaşa qurtarırdı, çıxanda hərəsi bir avtomatla üstümüzə gəlirdilər”,- aktrisa bildirdi.

Sənətkarların çarpışmalarına baxmayaraq, teatr 1989-cu ildən fəaliyyətini Bakıda davam etdirməyə başlayır. 1994-cü ildə isə İrəvan Dövlət Azərbaycan Dram Teatrına dövlət statusu verilir. Bu gün Səmayə İsmayılova doğma torpağına, teatrına qovuşmaq arzusundadır.

“O dövrdə Krasnoselo rayonunun Əmirxeyir kəndi var idi. Dağlıq yerdir, döngələrlə qalxırıq. 1987-ci il idi. İçimdən hüznlü bir mahnı gəldi. Oxudum ki, “bəlkə bu yerlərə bir də gəlmədim, duman salamat qal, dağ salamat qal”. Bu gün deyirəm ki, “ey dumanlı dağlar, gəlirik, üzü sizə tərəf”. Qərbi Azərbaycana qayıdış siyasəti bizi daha da fərəhləndirib, birliyimizi daha da möhkəmlədib ki, prezidentimizin yanında olaq. İnanırıq ki, İrəvan Dövlət Dram Teatrı yenidən fəaliyyətini öz doğma torpağında davam etdirəcək.

Nigar Məmmədova

Oxşar xəbərlər

Park Cinema-da “Evdə qalmış” filmi nümayiş olunacaq

Nigar Məmmədova

Nazirlik Kukla Teatrında yoxlamalara başlanılmasının səbəbini AÇIQLADI – YENİLƏNİB

Nigar Məmmədova

Türk və Azərbaycan ədəbiyyatı gecəsi keçirilib

Aynur Əfəndi Zadə

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu