Dünya

Turistlərə bıçaqlı hücum edildi

Bugun.tv xəbər verir ki, Yunanıstanın paytaxtı Afinada, Akropol yaxınlığında iki turist bıçaqlı hücuma məruz qalıb. Hadisə şəhərin ən çox ziyarət edilən tarixi məkanlarından biri olan Akropol Muzeyinin girişinə yaxın piyada küçəsində baş verib.

Məlumata görə, 60 yaşlı Yunanıstan vətəndaşı olduğu bildirilən şəxs qəfil hücum edərək yunanəsilli amerikalı turist cütlüyünə bıçaqla xəsarət yetirib. Kişi qolundan ağır, qadın isə ayağından yüngül xəsarət alıb. Hər iki yaralı xəstəxanaya çatdırılıb və onların həyatına təhlükə olmadığı bildirilib.

Polis hücumçunu hadisə yerində saxlayıb. Hüquq-mühafizə orqanlarının məlumatına görə, şübhəli şəxsin psixoloji problemləri olub və əvvəllər də qanunla bağlı problemlər yaşayıb. Hadisənin motivi araşdırılır.

Hadisə zamanı ərazidə olan turistlər arasında qısa müddətli təşviş yaşansa da, Akropol və ətrafdakı tarixi abidələr fəaliyyətini davam etdirib. Yerli hakimiyyət orqanları təhlükəsizlik tədbirlərinin gücləndirildiyini açıqlayıb.

Mənbə: Reuters, Associated Press

Aynur Camal

Oxşar xəbərlər

Hindistanın 80-ci Müstəqillik Günü Bakıda qeyd edildi

Aynur Camal

Pokémon oğurluğu: 80 min avroluq kartlar axtarılır

Aynur Camal

“İnsidentlər silsiləsi”: Avropada bir həftə ərzində ikinci hərbi zavod partladı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu