Maraqlı faktlar

Bugun.tv xəbər verir ki, dünyada memarlıq sahəsində yeni yanaşma sürətlə yayılır. Artıq aparıcı memarlıq şirkətləri yalnız binaların xarici görünüşünü deyil, onların interyerini, mebellərini və insanların həmin məkanlardan necə istifadə edəcəyini də vahid konsepsiya əsasında layihələndirirlər.

CNN-in məlumatına görə, bu tendensiyanın nümunələrindən biri Niderlandın Rotterdam Mərkəzi Kitabxanasının yenidən qurulması layihəsidir. 2030-cu ildə istifadəyə veriləcək kitabxanada tarixi memarlıq üslubu qorunacaq, eyni zamanda daha çox təbii işıq, yeni girişlər və insanların rahat ünsiyyət qura biləcəyi açıq məkanlar yaradılacaq.

Layihəni hazırlayan memarlar bildirirlər ki, müasir kitabxanalar artıq yalnız kitab saxlanılan məkan deyil, insanların görüşdüyü, işlədiyi, öyrəndiyi və sosial əlaqələr qurduğu ictimai mərkəzlərə çevrilir.

Mütəxəssislərin fikrincə, bu yanaşma kitabxana, ofis, otel və digər ictimai binaların layihələndirilməsində getdikcə daha geniş tətbiq olunur. Məqsəd insanların məkandan daha rahat və səmərəli istifadə etməsini təmin edən vahid mühit yaratmaqdır.

London Kral İncəsənət Kollecinin Memarlıq Məktəbinin nümayəndələri hesab edirlər ki, gələcəyin memarlığında binanın özü ilə yanaşı, onun daxilində formalaşan həyat tərzi də layihənin ayrılmaz hissəsinə çevriləcək.

Mənbə: CNN

Aynur Camal

Oxşar xəbərlər

Pinqvinlərin ifrazatı Antarktida qarının daha sürətlə əriməsinə səbəb ola bilər

Aynur Camal

Kəpənəklər yarasalardan qorunmaq üçün qeyri-adi üsuldan istifadə edir

Aynur Camal

Alimləri təəccübləndirən qeyri-adi dostluq: öküz və erkək eşşək bir-birindən ayrılmır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu