Dünya

160 min ildə bir dəfə baxıla bilən kometa bir neçə gün ərzində Yerdən görünəcək

ABŞ Aeronavtika və Kosmik Agentliyi (NASA) 160 min ildə bir dəfə Yerdən baxıla bilən C/2024 G3 (Atlas) kometinin “bir neçə gün adi gözlə müşahidə oluna biləcəyini” bildirib.

NASA-nın internet saytında verilən açıqlamada kometanın Slovakiyadan çəkilmiş şəkli paylaşılıb.

Açıqlamada, Günəşə ən yaxın mövqeyinə görə indidən müəyyən anlarda müşahidə edilə bilən Komet Atlasın “son illərin ən diqqətçəkən kometa mənzərələrindən birini səhnələşdirəcək və Venera ilə rəqabət edəcək qədər parlaqlaşacaq” ifadə edilib.

Açıqlamada kometanın çatacağı parlaqlığı dəqiq təxmin etməyin çətin olduğu bildirilib və bir neçə gün ərzində yerdən adi gözlə görüləcək qədər parlaqlığının qalması gözlənildiyi qeyd edilib.

BBC-nin məlumatına görə, London Kral Kollecinin astrohissəciklər fizikası və kosmologiyası üzrə tədqiqatçısı Dr. Şyam Balaji həmçinin qeyd edib ki, “cari orbital hesablamalar kometin Günəşdən təxminən 5,3 milyon mil məsafədən keçəcəyini göstərir” və buna görə də Atlas “günəş süpürən” kometa kimi təsnif edilə bilər.

Balaji, 160 min ildə bir baş verən bu hadisənin ən aydın şəkildə cənub yarımkürəsində müşahidə oluna biləcəyini, lakin Günəşə doğru yerləşdiyi üçün onu şimal yarımkürəsindən görmək çətin ola biləcəyini ifadə edib.

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

İsrailin Baş Qərargah rəisi Halevi İrandan açıqlama verdi

Aynur Camal

İki ölkə arasında danışıqlar başladı

Aynur Camal

Fransada “narıncı həyəcan”

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu