28 C
Baku
20 İyul 2025, 23:08
Baş xəbərMədəniyyət

“1970-ci illərin ən arzuolunan qadını” – aktrisa Rakel Uelç vəfat edib

Xarici Xəbərlər

Ömrünün 83-cü ilində amerikalı aktrisa Raquel Welch qısa sürən xəstəlikdən sonra Los-Ancelesdəki evində vəfat edib.

Uelç 1940-cı il sentyabrın 5-də Çikaqoda anadan olub. Gənc yaşlarından sənətkarlığı ilə seçilir, 19 yaşında həvəskar teatrda çıxış etməyə başlayır. 1964-cü ildən Hollivudda ilk film rollarını almağa başlayıb.

Populyarlıq ona 1966-cı ildə “Fantastik Səyahət” və “Eramızdan əvvəl Milyon il” filmlərinin nümayişindən sonra gəldi. 1974-cü ildə Welch “Üç muşketyor: Kraliçanın kulonları” filmində Konstans Bonasi rolunu oynadı və buna görə Qızıl Qlobus Mükafatına layiq görülüb.

1970-ci illərdə aktrisanın gözəl görünüşü və şöhrəti onu Uelçi “1970-ci illərin ən arzuolunan qadını” kimi təsvir edən Playboy jurnalının üz qabığına çıxarıb.  Mənbə: gazeta.ru

Aynur Camal

Oxşar xəbərlər

16,6 min şəxsə əlillik təyin edildi

Aynur Camal

“Hər il orta hesabla 273 milyard ton buz itiririk”

Aynur Camal

Zelenski Ukraynada ərazilərin Rusiyaya verilməsi ilə bağlı referendumun keçirilməsinə icazə verib

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu