Azərbaycan Ermənistan sülh müqaviləsi, mayda sülh sazişi, Məhəmməd Əsədullazadə, Nikol Paşinyan, Ermənistan Konstitusiyası, Vaşinqtonun təşviqi, sülh prosesi, Konstitusiya
Baş xəbər

“Azərbaycan Ukraynanı real və praktik olaraq dəstəkləyir”

Bugun.tv-yə daxil olan məlumata görə, siyasi ekspert Məhəmməd Əsədullazadə öz sosial media hesabında BMT-də “Ukraynaya davamlı dəstək”lə bağlı qəbul edilən qətnamə və Azərbaycanın səsvermədə iştirak etməməsi məsələsinə münasibət bildirib.

Ekspert qeyd edib ki, Azərbaycan daima Ukraynanı dəstəkləyir və BMT-də səsvermədə iştirak etməməsi ölkənin mövqeyinə zidd deyil. Onun sözlərinə görə, səsvermədə ABŞ da bitərəf qalıb və bu səbəbdən Azərbaycanın qərarı tənqid predmeti olmamalıdır.

Məhəmməd Əsədullazadə vurğulayıb ki, Birləşmiş Millətlər Təşkilatı münaqişələrin həllində təşkilat kimi funksiyasını tam yerinə yetirə bilmir. O bildirib ki, qurum və onun Təhlükəsizlik Şurası yeni dünya təhlükəsizlik çağırışlarına adekvat cavab vermir. Ekspertin fikrincə, əgər qəbul edilən qətnamə Rusiyanın hərbi işğalını dayandırmaq gücündə olsaydı, Azərbaycan da ona dəstək verə bilərdi.

Siyasi şərhçi qeyd edib ki, Azərbaycan artıq ikitərəfli münasibətlərin inkişafına üstünlük verir. Rəsmi Bakı Ukraynanın ərazi bütövlüyünü və suverenliyini tanıyır. Volodimir Zelenski ilə İlham Əliyev beynəlxalq platformalarda mütəmadi görüşlər keçirir, telefon danışıqları aparır və Ukraynaya humanitar yardımlar göstərilir.

Ekspert hesab edir ki, BMT-də səsvermə artıq əvvəlki təsir gücünə malik deyil və Azərbaycan səsvermədə iştirak etməməklə hər hansı xarici amili deyil, nəticəsiz təşəbbüslərin gündəmə gətirilməsində maraqlı olmadığını nümayiş etdirib. Onun qənaətinə görə, Ukrayna rəhbərliyi və xalqı Azərbaycanın onları formal sənədlərlə deyil, real və praktik addımlarla dəstəklədiyini yaxşı bilir.

Milli cəbhə partiyasının sədr müavini, siyasi ekspert Məhəmməd Əsədullazadə

Aynur Camal

Oxşar xəbərlər

Məhəmməd Əsədullazadə: “Heç kimə Rusiya və İranın kəşfiyyatı tərəfindən yaradılan əski parçalarını reklam etmək haqqı verilmir”

Aynur Camal

Vüqar Bayramov: Azərbaycana gələn turistlərin 30 faizi Türk dövlətlərinin vətəndaşlarıdır

Aynur Camal

Laçın rayonunun iqtisadiyyatı 25 dəfə böyüyüb – Vüqar Bayramov

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu