Bugun.tv-nin əldə etdiyi məlumata görə, İran Azərbaycan hökumətinə qarşı olan “Hüseyniyun” adlı qruplaşmanın iki liderinin Azərbaycanla bağlı bəzi ittihamları araşdırmaq üçün “nəzarət altına alındığını” açıqlayıb.
Belə ki, ötən həftə Azərbaycan hökumətinə qarşı fəaliyyət göstərən “Hüseyniyun” adlı qruplaşmanın direktorları Orxan Məmmədov və Tohid İbrahimbəylinin ötən həftə Qum şəhərində həbs edilmələri xəbəri yayılıb.
“Hüseyniyun” rəhbərlərinin həbs edilmədiyini, “nəzarətə alındığını” qeyd edən adının çəkilməsini istəməyən təhlükəsizlik rəsmisi: “Sözügedən 2 Azərbaycan vətəndaşına qarşı bəzi ittihamlar irəli sürülüb və bu ittihamların araşdırılması əlavə araşdırma tələb edir. Adı çəkilən şəxslər bu məsələlərin araşdırılması üçün nəzarətdə saxlanılır” – deyə açıqlama verib.
Tehranın millət vəkili Əhməd Nadiri isə məsələ ilə bağlı Twitter səhifəsində paylaşdığı mesajda xəbəri təsdiqləyib və husi idarəçilərinin həbsini milli maraqlara zidd hərəkət kimi qiymətləndirib.
İranın “irdiplomacy.ir” saytının məlumatına görə, Azərbaycan hökumətinə qarşı fəaliyyətləri ilə tanınan qruplaşmanın bəzi üzvləri Məşhəd və Qumda təlim keçib və 2015-ci ildə İnqilab Keşikçiləri Ordusunun tərkibində Suriyaya göndərilib.
Xatırladaq ki, Azərbaycan Dövlət Təhlükəsizlik Xidməti 2022-ci il noyabrın 1-də Tohid İbrahimbəyli və Orxan Məmmədov adlı şəxslərin İran kəşfiyyatı ilə əməkdaşlıq etdiyini açıqlayıb. İbrahimbəyli və Məmmədov barəsində beynəlxalq axtarış elan edilib.
Mənbə: TRT