Baş xəbər

Mayın 3-də gözlənilən hava şəraiti

Bugun.tv xəbər verir ki, Bakıda və Abşeron yarımadasında səhər saatlarında gözlənilən yağışın gün ərzində davam edəcəyi gözlənilir. Yarımadanın bəzi yerlərində intensiv olacağı olacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək.

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, havanın temperaturu gecə 9-13°, gündüz 13-17° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütunu olacaq. Nisbi rütubət 60-70 % təşkil edəcək.

Azərbaycanın rayonlarında isə hava bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 8-12°, gündüz 13-18° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək, gündüz 3-6° isti olacaq.

Aynur Camal

Oxşar xəbərlər

Məhəmməd Əsədullazadə: Trampın Putinlə razılaşmaları Ukraynaya təzyiqləri artıra bilər

Aynur Camal

Media Tədris Mərkəzində tələbələr üçün multimedia və aparıcılıq təlimi keçirildi

Aynur Camal

Bu gün TV: Firuzə Babayevanın 60 illik yubileyi qeyd olundu

Elnarə Dərziyeva

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu