25 C
Baku
27 İyul 2024, 4:30
Baş xəbərHadisə

2 mərtəbəli binada yanğın oldu: 2 yaralı var

Bugun.tv xəbər verir ki, Küçükçekmecedə 2 mərtəbəli binanın birinci mərtəbəsində yanğın baş verib. Yanğın zamanı mənzildə yaşayan 2 nəfər xəsarət alıb. Yanğını görən vətəndaşlar vəziyyəti polis, xilasetmə və tibb qruplarına xəbər verib. Hadisə yerinə gələn polis qrupları ərazidə təhlükəsizlik tədbirləri görərkən yanğınsöndürənlər yanğına müdaxilə edib. Hadisə yerinə gələn tibb qrupları iki yaralıya ilkin tibbi yardım göstərib. Bədənlərinin müxtəlif nahiyələri yanıq xəsarətləri alan və tüstüdən əziyyət çəkən 2 nəfərə ilkin tibbi yardım göstərildikdən sonra təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıb.

TRT Haberin məlumatına görə, yanğın yanğınsöndürənlər tərəfindən söndürülərək nəzarətə götürülüb.

Müxbir: Şəms Elnurqızı

Bugün TV

Oxşar xəbərlər

Vaqnerin təsiri belə oldu

Bugün TV

Mədəniyyət işçiləri əməkdar artisti evində ziyarət ediblər

Aynur Camal

Sobadan zəhərlənmə oldu: 2 ölü var

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu