Texnologiya

2 min illik mətn ilk dəfə tam oxundu

Təxminən 2 min il əvvəl Vezuv vulkanının püskürməsi zamanı kömürləşərək qorunub qalan qədim “Herklan papirusları” mətni ilk dəfə tam şəkildə oxunub.

Bugun.tv xəbər verir ki, alimlər buna süni intellekt, yüksək dəqiqlikli rentgen görüntüləmə və 3D analiz texnologiyalarının köməyi ilə nail olublar.

Papiruslar eramızın 79-cu ilində Vezuv vulkanının püskürməsi nəticəsində dağılan Herculaneum şəhərində tapılmış yüzlərlə qədim əlyazmalardan biridir. Əsrlər boyu kömürləşmiş vəziyyətdə qalan bu sənədləri açmaq mümkün olmadığından, onların içindəki mətnlər oxunmurdu.

Herculaneum (Herklan) papirusları

Yeni texnologiyalar sayəsində alimlər papirusları fiziki olaraq açmadan onun daxilindəki mürəkkəb izlərini müəyyən edərək mətni rəqəmsal şəkildə bərpa ediblər.

 

Mütəxəssislərin sözlərinə görə, bu nailiyyət qədim Roma fəlsəfəsi, tarixi və mədəniyyəti haqqında indiyədək məlum olmayan yeni məlumatların üzə çıxmasına imkan yarada bilər.

Alimlər hesab edirlər ki, eyni üsuldan istifadə etməklə “Herklan papirusları” kolleksiyasında saxlanılan digər yüzlərlə yazının da gələcəkdə oxunması mümkün olacaq.

Bu kəşf arxeologiya və qədim əlyazmaların tədqiqi sahəsində son illərin ən mühüm elmi nailiyyətlərindən biri kimi qiymətləndirilir.

Mənbə: Reuters

Aynur Camal

Oxşar xəbərlər

Çin humanoid robot bazarında qlobal tədarükün 97 faizindən çoxuna nəzarət edir

Aynur Camal

Telefonları öz-özünə idarə edən süni intellekt gəlir

Aynur Camal

Meta Avstraliyada 16 yaşdan aşağı istifadəçilərin sosial media hesabını bağladı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu