Texnologiya

Süni intellekt xərçəngin müalicəsini tapa bilərmi? Alimlərdən ehtiyatlı yanaşma

Bugun.tv xəbər verir ki, böyük texnologiya şirkətlərinin rəhbərləri süni intellektin yaxın illərdə xərçəng xəstəliyinin müalicəsinin tapılmasına kömək edə biləcəyini bildirirlər. Lakin alimlər və həkimlər bu cür iddiaların hazırkı elmi imkanlardan xeyli irəlidə olduğunu vurğulayırlar.

Xərçəng orqanizmdə hüceyrələrin nəzarətsiz və anormal böyüməsi ilə xarakterizə olunan mürəkkəb xəstəliklər qrupudur. Xəstəliyin yüzlərlə müxtəlif növü olduğu üçün mütəxəssislər bütün xərçəng növlərinə təsir edən vahid müalicənin hazırlanmasının olduqca çətin olduğunu bildirirlər.

Bununla belə, süni intellekt tibbdə artıq müəyyən imkanlar yaradır. Mütəxəssislərin sözlərinə görə, maşın öyrənməsi texnologiyaları tibbi görüntüləri təhlil edərək bəzi xərçəng əlamətlərinin daha erkən aşkarlanmasına kömək edə bilər. Bundan başqa, böyük həcmdə tibbi məlumatların sürətlə təhlili müalicənin planlaşdırılmasına dəstək verir.

Süni intellekt yeni dərmanların hazırlanması prosesini sürətləndirə və elmi araşdırmalar üçün yeni ehtimallar ortaya çıxara bilər. Lakin bu ehtimalların laboratoriya şəraitində yoxlanılması və insanlar üzərində klinik sınaqlardan keçirilməsi vacibdir.

Mütəxəssislər hesab edirlər ki, süni intellekt hazırda xərçəngə qarşı möcüzəvi həll deyil, həkimlərə diaqnostika və müalicə prosesində kömək edən güclü vasitədir.

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

Süni intellekt 92 yeni şəkər əvəzedicisinin hazırlanmasına yol aça bilər

Aynur Camal

Smartfon olmadan işləyən Linux əsaslı ağıllı eynəklər təqdim olundu

Aynur Camal

Əczaçılıq şirkətləri xərçəng dərmanlarının hazırlanmasını kosmosda sınaqdan keçirir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu