DünyaHadisə

2 terror aktı nəticəsində 17 nəfər həlak oldu

Bugun.tv xəbər verir ki, naməlum silahlı şəxslər ölkənin daxili bölgələrindəki Bandiaqara şəhərinə hücum ediblər. Hadisə nəticəsində 15 nəfər ölüb, 3 nəfər yaralanıb. Digər tərəfdən, Bandiaqara yaxınlığında motosikletin minaya düşməsi nəticəsində iki nəfər ölüb. Sahel bölgəsində “3 ölkə sərhədi” kimi tanınan Burkina Faso, Mali və Niger son illərdə terror təşkilatı Əl-Qaidə və DEAŞ-a bağlı qrupların hücumlarına məruz qalır. 2013-cü ildən bəri Malidə yerləşən xarici hərbi missiyalara baxmayaraq, ölkədəki terror təşkilatları hücumlarını davam etdirir.

Müxbir: Şəms Elnurqızı

 

Bugün TV

Oxşar xəbərlər

Heyvanlar üçün qurulan körpülər 15 min təhlükəsiz keçidə imkan yaratdı

Aynur Camal

Yaponiyalı jurnalist casusluqda şübhəli bilinərək saxlanıldı

Aynur Camal

Roma Papası XIV Leo əməliyyatdan sonra sağalmağa başlayıb

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu