25 C
Baku
27 İyul 2024, 3:48
Kriminal

20 nəfər saxlanıldı

Bugun.tv xəbər verir ki, Ağcabədi RPŞ-nin əməkdaşlarının yanvar ayı ərzində keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində, silah-sursat saxlamaqda və oğurluq əməlləri törətməkdə şübhəli bilinən 20 nəfər saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupu məlumat verib. Ağcabədi RPŞ-nin əməkdaşları tədbirlər keçirib. Nəticədə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 16 nəfər saxlanılıb. Ümumilikdə, 24 kiloqrama yaxın müxtəlif növ narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.

Bunlarla yanaşı, keçirilən tədbirlər zamanı qanunsuz silah-sursat əldə edərək saxlamaqda şübhəli bilinən 2 nəfər saxlanılıb. Onlardan 2 ədəd “Makarov” markalı tapança, 2 ədəd daraq və 5 ədəd patron aşkar edilərək götürülüb.

Daxil olmuş mal-qara oğurluqları ilə bağlı keçirilən əməliyyatlar zamanı isə şübhəli bilinən 2 nəfər saxlanılıb. Onların ayrı-ayrı vətəndaşlara məxsus iri və xırdabuynuzlu heyvanları oğurlayaraq zərərçəkmişlərə 15 min manat dəyərində ziyan vurduqları müəyyən edilib. Dəymiṣ ziyanın aradan qaldırılması istiqamətində müvafiq tədbirlər aparılır.

Faktlarla bağlı Ağcabədi RPŞ-də cinayət işləri başlanılıb. Araşdırmalar davam etdirilir.

Müxbir Qaytən Qasımzadə

Bugün TV

Oxşar xəbərlər

Ötən gün baş verən cinayətlərin xülasəsi

Aynur Camal

Polis əməkdaşları fasiləsiz xidmətdə

Kəmalə Sultan

Şamaxıda qohumlar arasında ədavət faciə ilə nəticələndi

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu