25 C
Baku
27 İyul 2024, 4:35
Dünya

2024-cü il Yay Olimpiya Oyunları üçün plan hazırlandı

Yunanıstanın 2024-cü il Yay Olimpiya Oyunları üçün planı hazırdır! Hava hücumundan müdafiə sistemi işə salınacaq!

Yunanıstan 2024-cü il Yay Olimpiya Oyunları üçün Fransaya mümkün hücumlara qarşı “Crotale hava hücumundan müdafiə sistemi” göndərməyə hazır olduğunu açıqlayıb.

2024-cü il Yay Olimpiya Oyunları və ya rəsmi olaraq XXXIII Olimpiada Oyunları Beynəlxalq Olimpiya Komitəsinin təşkilatçılığı ilə 2024-cü il iyulun 26-dan avqustun 11-dək Parisdə keçiriləcək. Rusiya-Ukrayna müharibəsinin təsiri, Vladimir Putinin Avropaya təhlükəsi və Yaxın Şərqdəki gərginlik mümkün terror təhlükəsini gündəmə gətirib.

Moskvada baş verən son terror aktından sonra bəzi Avropa ölkələri də təhdid edilib. Xüsusilə Emmanuel Makronun müharibə çağırışları fransız xalqını narahat edib. Yunanıstan Fransaya dəstək verəcəyini açıqlayıb.

Yunanıstanın müdafiə naziri Nikos Dendias, Fransanın yazılı müraciət etməsi halında Fransanın 2024-cü il Paris Yay Olimpiya Oyunları üçün “Crotale hava hücumundan müdafiə raket sistemi”ni təmin edə biləcəyini açıqlayıb. Selanikdə jurnalistlərin suallarını cavablandıran Dendias, “Fransa Olimpiya Oyunları zamanı Parisi qorumaq üçün Crotale tipli hava hücumundan müdafiə raketi tələbini yazılı şəkildə təqdim edərsə, bunu təmin edə bilərik” deyib.

İki ölkə arasında Müdafiə Əməkdaşlığı Müqaviləsinə toxunan Dendias Yunanıstanın 2024-cü il Paris Yay Olimpiya Oyunlarında Fransaya dəstək verməsinin təbii olduğunu bildirib.

Bir müddətdir Yunan mətbuatında yer alan Patriot və S-300 hava hücumundan müdafiə sistemlərinin Ukraynaya göndəriləcəyi ilə bağlı iddialara gəlincə, Dendias belə bir şeyin söz mövzusu olmadığını bildirib.

Mənbə: TGRT

Aynur Camal

Oxşar xəbərlər

İsrailin Qəzzada kilsəyə hücumu Yunan mətbuatında geniş işıqlandırıldı

Bugün TV

51 yaşlı kişi ağcaqanad dişləməsindən öldü

Kəmalə Sultan

Almaniyada növbəti məscidə hücum olub

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu