7 C
Baku
21 Dekabr 2025, 9:51
Digər

“2025-ci ildən başlayan “Beta nəsli” – Texnologiya ilə formalaşan yeni dövrün uşaqları”

Yeni araşdırmalara görə, 2025-ci ildən etibarən dünyaya gələn uşaqlar “Beta nəsli” adlandırılacaq və bu nəsil tamamilə fərqli bir reallıqda böyüyəcək.

Tanınmış müğənni Nuri Suri bu məlumatı öz sosial media hesabında paylaşıb və mövzunun cəmiyyətdə geniş müzakirəyə səbəb olduğunu bildirib.

Avstraliyalı demoqraf Mark McCrindle tərəfindən təqdim edilən konsepsiyaya əsasən, Beta nəslinin formalaşması süni intellekt, avtomatlaşdırma, rəqəmsal iqtisadiyyat və dəyişən sosial dəyərlərlə sıx bağlı olacaq.

Mütəxəssislər hesab edir ki, Beta nəsli ilk tam rəqəmsal və süni intellektlə inteqrasiya olunmuş mühitdə böyüyəcək. Onlar üçün AI yardımçı deyil, gündəlik həyatın bərkimiş elementinə çevriləcək; təhsil fərdiləşdirilmiş rəqəmsal modellərlə aparılacaq, fiziki pul anlayışı tədricən yox olacaq və avtonom nəqliyyat adi standart kimi qəbul ediləcək. 2025–2039-cu illərdə doğulan uşaqların sayının 2 milyardı keçəcəyi proqnozlaşdırılır ki, bu da onları tarixdə ən böyük demoqrafik nəsil edəcək.

Futurologiya sahəsində tanınmış müəllif Yuval Noah Harari isə məsələyə daha dərindən yanaşaraq bildirir ki, yeni nəsil sadəcə texnologiya ilə böyüməyəcək, onunla birləşəcək. “Homo Deus” yanaşmasına görə, biotexnologiya, gen mühəndisliyi və süni intellekt gələcək uşaqların həyatını dəyişdirəcək, bir çox qərarlar insan iradəsindən daha çox algoritmlərin analitik təhlillərinə əsaslanacaq. Hararinin fikrincə, bu nəsil təkcə texnoloji üstünlüklər deyil, həm də insan kimliyi və azad iradə ilə bağlı ən fundamental suallarla üz-üzə qalacaq.

Aynur Camal

Oxşar xəbərlər

Zelenski Trampdan Çini Rusiya resurslarından imtina etməyə inandırmasını istəyir

Aynur Camal

Türkiyədə dörd mindən çox qanunsuz miqrant saxlanıldı

Teymur Əziz

Tramp 30 ildən sonra nüvə silahlarının sınaqlarını yenidən başladıb

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu