Texnologiya

2026-cı ildən başlayaraq məktəblərdə smartfonlar qadağan ediləcək

İsveç hökuməti 2026-cı ilə qədər ibtidai və orta məktəblərdə smartfonların qadağan edilməsi barədə qərar qəbul edib.

İsveçin təhsil naziri Simona Mohamsson İsveç dövlət radiosu SR-ə bildirib ki, 2026-cı ildən başlayaraq ölkə daxilində ibtidai, orta və liseylərdə smartfonlardan istifadə qadağan olunacaq.

Mohamsson qərarın 2026-cı ildə qüvvəyə minəcəyini və qadağanın tənəffüs zamanı da tətbiq ediləcəyini bildirib.

Mohamsson hökumətin təklifi həyata keçirmək üçün 10 milyon dollarlıq büdcə ayırdığını qeyd edərək, “Tələbələr TikTok-da vaxt itirmək əvəzinə, tənəffüs zamanı dostları ilə vaxt keçirməyi və ya futbol oynamağı öyrənməlidirlər” deyib.

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

Snapchat yeniyetmələr üçün gündəlik istifadə limitləri tətbiq etməyə hazırlaşır

Aynur Camal

Apple süni intellekt serverləri bazarına qayıda bilər: Nvidia texnologiyası nəzərdən keçirilir

Aynur Camal

Bir ananın paylaşımı Meta-nı süni intellekt funksiyasını dəyişməyə məcbur etdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu