20 C
Baku
22 Aprel 2025, 13:39
Baş xəbər

2027-ci ilə qədər elektikli avtomobillərin satışı ucuzlaşacaq

Çin eıektrik avtomobili

Bugun.tv xəbər verir ki, elektrikli avtomobillərin qiyməti 3 il ərzində enəcək. Mütəxəssislər bildirib ki, yeni istehsal texnologiyaları və aşağı akkumulyator xərcləri sayəsində 2027-ci ilə qədər elektrik avtomobilləri daxili yanma ilə işləyən avtomobillərdən daha ucuz olacaq. Artıq xeyli sayda qaynaq və yapışdırıcı vasitələrdən istifadə etməyə gərək qalmayacaq. Avtomobilin böyük hissələrinin bir yerdə istehsal olunduğu “giqacasting” kimi yeniliklər istehsal xərclərini azaldacaq.

Qeyd edək ki, innovasiya lideri kimi göstərilən Tesla da, məhz “giqacasting” sayəsində dünyada birincidir. Hazırda ABŞ və Avropa da daxil olmaqla bir sıra əsas bazarlarda elektromobillərin qəbulu sürəti azalıb. Ekspertlər deyirlər ki, avtomobil istehsalçıları üçün daha ucuz modelləri təqdim etmək vacibdir.

Mütəxəssilərin fikrincə, 2030-cu ilə qədər satılan bütün avtomobillərin yarısı tam elektrikli olacaq.

Kəmalə Sultan

Oxşar xəbərlər

Saatlıda oğurluq edən şəxs saxlanıldı

Kəmalə Sultan

İYİ Partiya Başçılıq Divanı bu gün toplandı

Bugün TV

ChatGPT-nin istehsalçısı olan OpenAI 157 milyard dollar dəyərində qiymətləndirilir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu