25 C
Baku
3 İyun 2025, 14:12
Baş xəbər

22 iyul – Dünya Beyin günü

Yaddaş Fərdi İnkişaf Mərkəzi

Bugun.tv xəbər verir ki, beyinlə əlaqəli xəstəliklərdən qorunma və beyin sağlığının önəminə diqqət çəkmək məqsədi ilə Dünya Nevroloqları Federasiyası 22 iyul tarixini Dünya Beyin günü kimi qeyd edir.

Psixoloq
Ülkər Məhərrəmova psixoloq

“Dünya Beyin günü”ndə Azərbaycanda ilk və yeganə beyin əsaslı təlim mərkəzi Yaddaş Fərdi İnkişaf mərkəzinin təşkilatçılığı ilə “Xoşbəxt beyin” seminarı keçirilib. Seminarda fərdi inkişaf, yaddaş və öyrənmə problemləri üzrə mütəxəssis Aytəkin Aslan, RMG CEO Phd.MD. Ariz Cəbrayılov, Psixoloq və Ailə məsləhətçisi Ülkər Məhərrəmova çıxış ediblər. Üç mütəxəssis üç fərqli baxış bucağı ilə üç mövzuda – ailədə, şəxsi inkişafda, karyerada xoşbəxtlik ilə bağlı məlumatlarını bölüşüblər. Uzunmüddətli xoşbəxt ailə, uğurlu karyera və fərdi inkişafla bağlı nə edə bilərəm sualına hər kəs seminarda cavab tapıb.

Beyin günü
Yaddaş üzrə mütəxəssislər

“Xoşbəxtliyi xarici dünya deyil, daxili dünyanız müəyyən edir. Bu, beyninizin dünyanı necə qəbul etdiyi ilə bağlıdır. Hər zaman xoşbəxt olmaq mümkün olmasa da, xoşbəxt olmağa çalışmaq, duyğularını, düşüncələrini yönləndirmək mümkündür. Xoşbəxtlik bir seçimdir. Ağıllı seçimlər və zamanında verilmiş doğru qərarlarla öz xoşbəxtliyinizi qura bilərsiniz. Amma öz yolunuzdan gedərək, başqalarını təqlid edərək deyil”, – mütəxəssis A.Aslan bildirib. O, xoşbəxtliyin sirrini bölüşüb:

“1.Səmimi ortamlar yarada bilmək

2.Ruhunuzun rahat hiss etməsi

3.Bütün sizi üzən və əsəbləşdirən ortam və hadisələrdən uzaq durmağı bacarmaq

4.Keçmişi keçmişdə qoymaq,gələcək üçün narahat olmamaq,indi və bu anda yaşadığınız hər şeydən məmnun olmaq,xoşbəxtliyinizi hiss etməyi bacarmaq.

Xoşbəxtlik insanın daxilində əldə edilən daxili rahatlıq,daxili tarazlıqdır.

Sahib olduqları ilə kifayətlənməyi bacaranlar əsl xoşbəxt biriləridi.

Bədənimizdəki hər bir orqanın, hər toxumanın, hər hüceyrənin sağlamlığı çox vacibdir. Ancaq beyin sağlamlığı yaxşı deyilsə,bunların heç birinin mənası yoxdur.Beyninizi qoruyun, o sizin ömrünüzün sonuna qədər çiyin-çiyinə addımlayacağınız ən vacib  yoldaşınızdır”, – Yaddaş Fərdi İnkişaf mərkəzinin rəhbəri qeyd edib.

Bugün TV

Oxşar xəbərlər

“Məhv olmuş ömür. Narkotikə YOX de!” adlı film çəkiləcək

Nigar Məmmədova

Nuri Alço səhhətinin vəziyyəti ilə bağlı açıqlama verib

Aynur Camal

Narkotik vasitələrin satışını təşkil edən şəxslər saxlanıldı

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu