28 C
Baku
10 Sentyabr 2025, 19:34
Hadisə

25 yaşlı qadın itkin düşdü

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Bugun.tv-yə verilən məlumata görə, Tovuz rayon Əsrik Cırdaxan kənd sakini, 25 yaşlı Afət İsmayılova oktyabr ayının sonlarında yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb. Həmin şəxsin əlamətləri belədir: Boyu 160 sm, gözlərinin rəngi qaradır, orta bədən quruluşludur. Evdən çıxarkən onun əynində qara rəngli şalvar, qara rəngli uzunqol köynək və qara rəngli ayaqqabı olub.

Şəkildə gördüyünüz şəxsləri tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin 022-315-00-94 şəhər və (070) 213-64-00 mobil nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

Nigar Məmmədova

Oxşar xəbərlər

Film rejissoru silahlı şəxslər tərəfindən qaçırıldı

Nigar Məmmədova

Azərbaycan Ordusunun hərbi qulluqçusu vəfat edib -FOTO

Nigar Məmmədova

Pişik parlament binasına girərək ofis ləvazimatlarını zədələdi

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu