Hadisə

25 yaşlı qadın itkin düşdü

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Bugun.tv-yə verilən məlumata görə, Tovuz rayon Əsrik Cırdaxan kənd sakini, 25 yaşlı Afət İsmayılova oktyabr ayının sonlarında yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb. Həmin şəxsin əlamətləri belədir: Boyu 160 sm, gözlərinin rəngi qaradır, orta bədən quruluşludur. Evdən çıxarkən onun əynində qara rəngli şalvar, qara rəngli uzunqol köynək və qara rəngli ayaqqabı olub.

Şəkildə gördüyünüz şəxsləri tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin 022-315-00-94 şəhər və (070) 213-64-00 mobil nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

Bugün TV

Oxşar xəbərlər

Yeni Dehlidə hava çirklənməsi təhlükəli həddə yaxınlaşdı

Aynur Camal

İspaniyada qatar faciəsindən sonra üç günlük milli matəm elan edildi

Aynur Camal

İki sürətli qatar toqquşdu: ölənlərin sayı 64-ə çatdı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu