Baş xəbərKriminal

3 qadının yeni il bayramında telefonunu oğurlayan şəxs saxlanılıb

Yeni il gecəsi 3 qadının telefonunu oğurlayan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyindən məlumat verilərək bildirilib ki, ötən il dekabrın 31-də paytaxtın Səbail rayonu ərazisində 3 qadının müxtəlif markalı mobil telefonlarının qeyri-aşkar şəraitdə oğurlanması barədə daxil olan məlumatlarla əlaqədar Bakı Şəhər Baş Polis İdarəsində müvafiq araşdırmalar aparılıb.

Müəyyən olunub ki, həmin qadınların mobil telefonları dekabrın 31-də Səbail rayonu ərazisində keçirilən bayram yarmarkasında insanların sıx olduğu yerdə oğurlanıb. Keçirilən əməliyyat tədbirləri nəticəsində oğurluq əməllərində şübhəli bilinən paytaxt ərazisində yaşayan Biləsuvar rayon sakini, əvvəllər dəfələrlə məhkum olunmuş 24 yaşlı Ağamoğlan Abdalov müəyyən olunaraq saxlanılıb:

“Bu şəxsin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə DİN-in “102- Zəng Mərkəzi”nə, eləcə də Bakı Şəhər Baş Polis İdarəsinə müraciət etmələri xahiş olunur”. Mənbə: Report.az

Aynur Camal

Oxşar xəbərlər

Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistan qarşılıqlı müdafiə sazişi imzaladı

Aynur Camal

Prezident İlham Əliyev Media və Yayım Şurası ilə bağlı fərmanı təsdiqlədi

Aynur Camal

“Media haqqında” qanunlara dəyişiklik qəbul edildi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu