Azərbaycanın Ankaradakı səfirliyi və Türkiyə-Azərbaycan Dostluq Əməkdaşlıq və Həmrəylik Fondunun (TADİV) ev sahibliyi ilə keçirilən proqram iki ölkənin dövlət himnlərinin oxunması, şəhidlərin ruhunun bir dəqiqəlik sükutla yad edilməsi və şəhidlərin xatirəsinin ehtiramla yad edilməsi ilə başlayıb.
“Tale ilə çiyin-çiyinə” adlı tədbirdə səfirliyin müşaviri Eldar Əliyev, Türkiyə Böyük Millət Məclisinin( TBMM) Türkiyə-Azərbaycan Dostluq Qrupunun sədri və AK Partiya İstanbul Millət vəkili Şamil Ayrım, Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının üzvü Prof. Dr. Aygün Attar və çox sayda qonaq iştirak edib.Eldar Əliyev çıxışında 31 il əvvəl Xocalı qətliamında şəhid olanlara və fevralın 6-da baş verən Kahramanmaraş zəlzələsində həyatını itirənlərə başsağlığı verib.
Azərbaycan və türk xalqlarının yaxşı və pis gündə bir yerdə yaşamağa nail olmuş xalq olduğunu deyən Əliyev türk və Azərbaycan xalqlarının birliyinin bir daha şahidi olduğunu qeyd edib.
“Bu gün burada olmaqdan həm qürur duyuram, həm də kədərlənirəm”, “Mən əminəm ki, böyük türk xalqı bu yükün öhdəsindən gələcək. Bizim birliyimiz hər zaman Azərbaycan və Türkiyənin birliyi olacaq” deyə E.Əliyev öz çıxışında bildirib.
TBMM Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri Şamil Ayrım da mərkəz Kahramanmaraş zəlzələsinə toxunaraq, “Gördüyümüz kimi bu, 100 ildə bir təsadüf edilən fəlakətdir. Amma xalqımız , Azərbaycan xalqı, demək olar ki, birləşib” Bir yumruq tək birləşib bu çətinliklərin öhdəsindən gələcəyini dilə gətirən Ayrım bunun asan olmadığını və minlərlə evsizin ən qısa zamanda yeni evlərlə təmin ediləcəyini və onlara dəymiş maddi zərərin qarşılanacağını bildirib.
Ayrım , bununla yanaşı Xocalı qətliamının vəhşilik olduğunu vurğulayaraq, “Türk milləti olaraq indi sülh istəyirik. Biz qələbə qazandıq və bu qələbənin sonunda üç dövlət arasında müqavilə imzalandı.
Bu bölgənin 200 ildir qırğınlara şahidlik etdiyini bildirən Ayrım, “2 il əvvəl 44 günlük milli savaşı qazanaraq , çox əhəmiyyətli bir dərs verdik. Türk dünyasının oyanışına vəsilə olan bir dərs verdik” deyə çıxışında vurğulayıb.
Azərbaycan Milli Məclisinin deputatı Anar Məmmədov çıxışında Qarabağ bölgəsinin Xocalı şəhərinə hücum zamanı 613 günahsız Azərbaycan vətəndaşının vəhşicəsinə öldürüldüyünü xatırladıb.
“Biz tarixə qara gecə kimi keçən Xocalı soyqırımını unutmamışıq, unutmayacağıq”, deyə A. Məmmədov bildirib.
Onu da, qeyd edib ki,Ermənistan qoşunlarının başlatdığı qətliamın ilk anından Türkiyə açıq şəkildə Azərbaycanın yanında olub.
A. Məmmədov bildirib ki, fevralın 6-da Türkiyədə baş verən zəlzələlərdən sonra Azərbaycan ilk andan Türkiyənin yanında olub, “Sizin dərdiniz bizim dərdimiz, bizim dərdimiz,sizin dərdinizdir Biz hər zaman yanınızdayıq” deyə əlavə edib..
Proqramda çıxış edən Ankara Universitetinin rektoru Prof. Dr. Necdet Ünüvar da “Xocalı bizim daimi ağrımızdır, bitməyən ağrımızdır. Biz bunu hər zaman qəlbimizdə dərindən hiss edirik” dedi. O, həmçinin qeyd edib ki, Azərbaycan Türkiyənin kədərini öz kədəri kimi qəbul edir.
Ünüvar sonda “Bu, həqiqətən dostluq və qardaşlığın göstəricisidir ” deyərək çıxışını yekunlaşdırıb.