17 C
Baku
2 Noyabr 2025, 16:47
Digər

3+3 formatının reallaşmasına ABŞ icazə verməyəcək

“İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan və Türkiyənin təşəbbüsü ilə Cənubi Qafqazda iqtisadi əməkdaşlığı nəzərdə tutan “3+3” formatı — yəni Azərbaycan, Türkiyə, İran, Rusiya, Ermənistan və Gürcüstanın birgə platforması — gündəmə gətirildi. Hərçənd bu ideya regionda müəyyən dövrdə aktuallıq qazansa da, hazırkı şəraitdə onun reallaşması mümkün görünmür” – deyə siyasi ekspert Məhəmməd Əsədullazadə öz sosial media hesabında bu mövzuda şərhini paylaşıb.

O qeyd edib ki, əgər 2020-ci ildə regiondakı vəziyyət fərqli idisə, bu gün Cənubi Qafqazda yeni siyasi konfiqurasiya formalaşıb. O dövrdə Rusiya bölgədə əsas oyunçu idi və Üçtərəfli Bəyannamə (10 noyabr 2020) hələ də qüvvədə idi. ABŞ isə region proseslərində passiv rol oynayırdı.

Lakin bu ilin 8 avqustunda ABŞ-ın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında Vaşinqtonda Zəngəzur dəhlizinin -TRİP marşrutu açılması və sülh sazişinin paraflanması Cənubi Qafqazda yeni mərhələnin başlanğıcı oldu. Bu razılaşma ilə ABŞ bölgədə həm siyasi, həm də iqtisadi təsir imkanlarını artırmağa nail olub.

Qeyd edim ki, Gürcüstan Rusiyanın iştirakına etiraz olaraq “3+3” formatına qoşulmaqdan imtina edib. Hazırkı şəraitdə isə ABŞ nə Rusiya, nə də İranın bu platforma çərçivəsində Cənubi Qafqazda fəallaşmasına müsbət baxacaq. ABŞ-ın Zəngəzur dəhlizi -TRİP marşrutu üzərində təsir imkanlarını artırması, onun regionda yeni iqtisadi və nəqliyyat xəttini idarəetməyə başlaması deməkdir. Bu isə Rusiya və İranın Cənubi Qafqazdakı strateji mövqelərinin zəiflədilməsinə yönəlib.

Demək olar ki, “3+3” formatı öz funksionallığını itirib. ABŞ-ın regiondakı artan rolu və yeni geosiyasi reallıqlar fonunda bu formatın dirçəldilməsi və ya yeni əməkdaşlıq modeli kimi aktuallaşması real görünmür.

Ermənistan xarici işlər naziri A. Mirzoyan “3+3” formatının Yerevan və Bakıda növbəti iclasının keçirilməsini qeyd edib. Sadəcə, erməni tərəfi çalışır ki, bununla Azərbaycanla yaxınlaşma siyasəti aparsın.

Milli Cəbhə Partiyasının sədr müavini Məhəmməd Əsədullazadə

Aynur Camal

Oxşar xəbərlər

Orucluğun 23-cü gününün imsak və iftar vaxtının duaları

Kəmalə Sultan

ABŞ Rusiyanı Ukraynanın taxıl anbarlarını vurmaqda ittiham etdi

Teymur Əziz

Zəfər Günü münasibətilə “İçərişəhər” stansiyasında retro vaqonlar nümayiş etdirilir – FOTOREPORTAJ

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu